Çərşənbə axşamı Dehli şəhərindəki mehmanxanada səhər tezdən baş verən yanğın zamanı azı 17 nəfər ölüb, 4 nəfər yaralanıb.
Yanğından xilas olmaq məqsədilə pəncərədən atılan qadın və uşaq da ölənlər arasındadır.
Karol Baqh bölgəsindəki “Arpit Palas” mehmanxanasından 35 nəfərin xilas edildiyini bildirib.
“Səhər saat dördə yaxın mən tüstüdən boğulduğumu hiss etdim. Mən ayağa qalxdım və otaqdan çıxanda qonşu otaqlardan “yardım edin, yardım edin” deyə, qışqırtı səsləri eşitdim. Alov sürətlə yayılırdı. 15 dəqiqəyə otaq qara rəngə büründü. Yanğın elə güclü idi ki, yanğınsöndürənlər nərdivanlarından istifadə edə bilmirdi. Biz sonradan gələn hidravlik sistemi olan yük maşınları ilə xilas edildik”- deyə, xilas olan mehmanxana sakini bildirib.
Yanğın baş verən zaman mehmanxana sakinləri yatmış olub. Yanğına elektrikin səbəb olduğu guman edilsə də, təhqiqat aparılır.