Accessibility links

Hindistan hökuməti COVID-19 peyvəndinin ixracına qadağa qoymadığını bəyan edib


Hindistanın federal hökuməti COVID-19 peyvəndinin ixracına qadağa qoymadığını bəyan edib. Belə bir qərar inkişaf etməkdə olan ölkələrə peyvənd tədarükü edəcəyi gözlənilən Hindistan şirkətinə qarşı məhdudiyyətlər tətbiq edilməsi ilə bağlı mübahisələrin olduğu bir vaxt verilib.

Aşağı və orta gəlirli ölkələrin pandemiyanı nəzarət altına almaq üçün immunizasiya proqramlarına başlamağa hazırlaşdıqları bir vaxt dünyadakı ən böyük peyvənd istehsalçısı olan Hindistanın həlledici rol oynayacağı gözlənilir.

Lakin Britaniyanın inkişaf etdirdiyi AstraZeneca və bazar günü başqa bir yerli peyvəndin təcili tətbiqinə icazə verildikdən sonra media Hindistanın bir neçə ay peyvəd ixracatına icazə verməyəcəyini bildirmişdi.

“Hökümət COVID peyvəndlərindən heç birinin ixracını qadağan etməyib. Bu, tamamilə aydın olmalıdır” - deyə, Səhiyyə Nazirliyinin yüksək səviyyəli rəsmisi Rajeş Buşan jurnalistlərə bildirib və medianın məlumatını dezinformasiya adlandırıb.

Peyvənd istehsal edən iki şirkət - Hindistanın Serum İnstitutu və Bharat Biotech şirkəti çərşənbə axşamı birgə açıqlamada qarşıdakı ən vacib vəzifənin Hindistanda və dünyada həyatları və dolanışığı xilas etmək olduğunu deyib.

Hələlik diqqət əsasən AstraZeneca peyvəndi istehsal edən Serum institutuna yönəlib. Şirkət sözçüsünün bildirdiyinə görə, şirkət aylıq 60-70 milyon dozanı mart ayına qədər 100 milyona yüksəltməyi planlaşdırır.

XS
SM
MD
LG