Accessibility links

Pakistan Hindistanın yüksək səviyyəli komissarını ölkədən çıxarıb


Pakistan Dehlinin Kəşmir regionunun xüsusi statusunu ləğv etdiyinə görə Hindistanla diplomatik və ticarət əlaqələrinin zəifləməsindən bir neçə saat sonra Hindistanın İslamabaddakı yüksək səviyyəli komissarını ölkədən çıxarıb.

Hindistan parlamenti Kəşmir bölgəsinə əhəmiyyətli muxtariyyət təmin edən xüsusi statusu ləğv edərək, ştatın bölünməsinə dair qətnaməni təsdiq edib.

Qətnamənin Hindistan parlamentinin aşağı palatasında böyük əksəriyyətlə qəbul edilməsi baş nazir Narendra Modinin Kəşmir məsələsi və rəqib Pakistanla münasibətlərdə daha sərt mövqe tutacağına dair mesaj kimi qiymətləndirilir.

Pakistan parlamenti çərşənbə günü qəbul etdiyi qətnamədə Dehlinin "birtərəfli hərəkətini" pisləyib.

Pakistan parlament həmçinin Dehlidən bazar ertəsi günündən bəri Kəşmir bölgəsində tətbiq etdiyi qadağan saatı kimi məhdudiyyətlər də daxil edilməklə, geniş təhlükəsizlik təbirlərinin ləğv etməsini tələb edib.

Kaşmirin hər iki hissəsinə iddia edən qonşu Çin və Pakistan Hindistanın Kəşmirin yalnız müsəlman əksəriyyəti olan bölgəsində öz qanunlarını qəbul etməsinə imkan verən bir konstitusiya müddəasını ləğv etməsinə sərt reaksiya verib.

Hindistan və Pakistan arasında Himalay dağlarındakı Kəşmir bölgəsi ilə bağlı illərdir ərazi mübahisəsi davam edir.

XS
SM
MD
LG