Accessibility links

Hindistanda bina çökərkən azı 10 nəfər ölüb


Hindistan rəsmiləri bazar ertəsi səhər Maharaştra ştatında bir yaşayış binasının çökməsi nəticəsində azı 10 nəfərin öldüyünü təsdiq edib.

Axtarış-xilasetmə qrupları dağıntılar altında qaldlğları güman edilən onlarla insanı xilas etməyə çalışır.

Hindistanın maliyyə paytaxtı Mumbay yaxınlığındakı Thane mahalının Bhivandi komissarı dördmərtəbəli binanın çökməsi nəticəsində azı 11 nəfərin yaralandığını deyib.

Pankaj Aşiya 30 ildən çoxdur inşa edilən binada təmir işlərinin aparılmalı olduğunu, lakin COVID-19 səbəbindən səbəbindən təxirə salındığını bildirib.

Musson mövsümü - iyun-sentyabr aylarındakı güclü yağışların möhkəm olmayan tikililər və ya köhnə binaların təməllərini zəiflətdiyi üçün Hindistanda bu kimi çökmələr tez-tez baş verir.

XS
SM
MD
LG