Accessibility links

Hillari Klinton Afrika ölkələrini Liviya lideri Müəmmər Qəzzafi ilə əlaqələrə son qoymağa çağırır


Hillari Klinton Afrika ölkələrini Liviya lideri Müəmmər Qəzzafi ilə əlaqələrə son qoymağa çağırır
Hillari Klinton Afrika ölkələrini Liviya lideri Müəmmər Qəzzafi ilə əlaqələrə son qoymağa çağırır

ABŞ dövlət katibi Hillari Klinton Afrika ölkələrini Liviya lideri Müəmmər Qəzzafi ilə əlaqələrə son qoyub, müxalifətlə iş birliyinə çağırıb. Bu gün Addis Əbəbədə Afrika Birliyinin baş qərargahında danışan dövlət katibi Afrika liderlərini Qəzzafidən atəşkəsi qəbul edib, hakimiyyəti tərk etməsini tələb etmələrini istəyib.

Xanım Klinton deyib ki, Qəzzafinin diplomatları Afrika ölkələrindən çıxarılmalıdır. ABŞ dövlət katibi Liviyanın müxalif Müvəqqəti Keçid Şurasının dəstəkləməsinin vacibliyini qeyd edib. Efiopiya Hillari Klintonun 4 ölkəni əhatə edən səfərinin son dayanacağıdır.

XS
SM
MD
LG