Accessibility links

Hillari Klintonun seçki kampaniyası və mübahisəli email yazışmaları [Video]


Hillari Klintonun seçki kampaniyası və mübahisəli email yazışmaları
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Son ictimai rəy sorğuları göstərir ki, Hillari Klinton may ayından bəri demokrat seçicilərin dəstəyinin təxminən 20 faizini itirib. Vermont senatoru Berni Sanders isə dəstəyə görə ona yaxınlaşır. O, Ayova ştatında xanım Klintondan cəmi 7 faiz geri qalır, Nyu Hampşir isə demək olar ondan irəlidədir. Hər iki ştat ilkin seçkilər üçün böyük əhəmiyyət daşıyır.

Berni Sanders: "Bu, Hillari Klinton əleyhinə deyil. Bu, Berni Sandersin lehinədir və mesajda “bəsdir” deyilir."

Təhlilçilər deyir ki, hər yeni rəsmi email açıqlananda Klintonun populyarlığı getdikcə azalır. Şəxsi emaildən göndərilən təxminən 150 mesaja məxfi status verilib. Bundan əvvəl 63 məxfi mesaj məxfi kimi səciyyələndirilib.

Dövlət Departamenti verdiyi açıqlamada həmin mesajların göndərildiyi vaxt onlara məxfi status verilmədiyini bildirib.

Mark Toner: “Əgər mesajlar məxfi deyilsə və ya həmin vaxt məxfi olduğu düşünülübsə, vaxt keçdikcə bu dəyişə bilər. Kimin nə dediyi, kimə dediyi və mənbənin nə olduğu, informasiyanın haradan gəldiyi kimi məlumatları yoxlayıb, həmin mənbələri qorumaq üçün onlara məxfi status verə bilərik.”

Klinton deyib ki, o, mesajları göndərdiyi vaxt qaydalara riayət edib

Hillari Klinton: “Mən dəfələrlə demişəm, mən məxfi məlumat göndərməmişəm və almamışam. Əminəm ki, bu proses başa çatdıqda hamı məni anlayacaq. Mənim nə demək istədiyim sübut olunacaq.”

Təhlilçilər deyir ki, haqlı olsa belə, Klinton email yazışmaları ilə bağlı mübahisəni düzgün aparmayıb.

Stuart Rotenberq: "O, seçki kampanyasını təbii aparmır. O sanki proqramlaşdırılmış və bir az sərt kimi görünür və düzdür, bərabərlik, ədalət, minimal əmək haqqı ilə bağlı düzgün şeylər deyir. Bəli, o, professional dildə danışır. Ancaq düşünürəm ki, Amerikalı seçicilərlə onun arasında bağlılıq yoxdur.”

Prezident seçkilərinə bir ildən çox vaxt qalır. Ekspertlər deyir ki, Klintonun düzəlişlər etmək üçün kifayət qədər vaxtı var.

XS
SM
MD
LG