Accessibility links

Vəkil: Lap məsxərəyə qoyulmalı ittihamdır


Hilal Məmmədov
Hilal Məmmədov

Sosial şəbəkələrdə 9 milyondan çox insanın izlədiyi videonu yayan Hilal Məmmədov narkotiklə ittiham edilir. Onu 12 ilədək həbs gözləyir.

“Talışi sədo” qəzetinin redaktoru, Talış Mədəniyyət Mərkəzinin sədr müavini Hilal Məmmədovun hüquqlarını Müdafiə Komitəsi Müsavat Partiyasının qərargahında mətbuat konfransını keçirib.
Vəkil Ramiz Məmmədov Hilal Məmmədovun iyunun 21-də evinin yaxınlığında 7-8 nəfər mülki geyimli şəxsin hücumuna məruz qaldığını, zorla maşına əyləşdirilərək aparıldığını deyib. “Ona qarşı irəli sürülən narkotik maddə saxlamaq ittihamı yalnız məsxərəyə qoyulmağa layiq ittihamdır. Hilal Məmmədov saxlanılarkən cibinə hansısa bükülü qoyulub. Narkotiklərə Qarşı Mübarizə İdarəsinin yanında maşından düşürülərkən ona “indi cibindən narkotika çıxandan sonra “davay do svidaniya” meyxanasını özün oxuyacaqsan” deyiblər”.
Vəkilin fikrincə, bütün bunlar göstərir ki, narkotik maddə ittihamı sadə bir bəhanədir. “Saxlanılan zaman H.Məmmədov mülki geyimlilər tərəfindən döyülüb və xəsarət alıb. Bununla bağlı materiallar araşdırılmaq üçün Nizami Rayon Prokurorluğuna göndərilib”.
O istintaqın bütövlükdə hüquqi pozuntuları ilə aparıldığını, müttəhimin hüquqlarının kobud şəkildə pozulduğunu nəzərə çatdırıb.
Komitənin həmsədri Rafiq Cəlilov H.Məmmədovun müdafiəsinə bir sıra aparıcı müxalifət partiyalarının və vətəndaş cəmiyyəti institutlarının verdiyi dəstəyi önəmli adlandırıb. “Bununla da H.Məmmədovun “separatçı” obrazının yaradılmasının qarşısı alınıb. H.Məmmədovun həbsi “narkotik maddə” saxlamasında yox, ortaya fəal vətəndaşı mövqeyi qoymasındadır. Azərbaycanda milli mənsubiyyətindən asılı olmayaraq iqtidarın iradəsi əleyhinə fəal vətəndaşı mövqeyi tutan hər kəsi həbs gözləyir. Bu yaxınlarda azadlığa çıxan vicdan məhbuslarının taleyi buna yaxşı nümunədir”.
Hilal Məmmədov iyunun 21-də saxlanılıb. İyunun 22-də Nizami Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham irəli sürülüb. Bu itthamla Hilal Məmmədovu 5 ildən 12 ilə kimi həbs cəzası gözləyir.
Rusiya müxalifəti Hilal Məmmədovun sosial şəbəkələrdə yerləşdirdiyi “Davay, do svidaniya” (Çıx get) rədifli meyxana əsasında “Putin davay, do svidaniya” repini nümayiş etdirdikdən sonra həbs edilib. O Rusiya televiziyalarına müsahibələr verib. Meyxananın oxunduğu kəndlərində çəkilişlər aparılmasına kömək edib. Bu meyxanaya sosial şəbəkələrdə 9 milyondan çox adam baxıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG