Accessibility links

Vəkil Hilal Məmmədovun meyxanaya görə həbs edildiyini deyir


 Vəkil Ramiz Məmmədov və Bahar Məmmədova
Vəkil Ramiz Məmmədov və Bahar Məmmədova

Hilal Məmmədov internetdə “Tı kto takoy, davay do svidaniya” (Sən kimsən? Çıx get) rədifli meyxana yerləşdirib. Bu meyxana qısa zamanda milyonlarla insanın rəğbətini qazanıb. Rusiya müxalifəti də “Sən kimsən ki, Putin, çıx get ” reklam roliki nümayiş etdirib.

“Tolışi sado” qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsi hüquq-mühafizə orqanlarının görünməmiş özbaşınalığıdır.

Vəkil Hilal Məmmədov və Bahar Məmmədova ilə müsahibə
please wait

No media source currently available

0:00 0:07:34 0:00
Direct link

Vəkil Ramiz Məmmədov və Hilal Məmmədovun həyat yoldaşı Bahar Məmmədova Amerikanın Səsi radiosuna müsahibəsində Qəzet redaktorunun həbsini kəskin pisləyib.
“Evimizdə axtarış aparılarkən özbaşınalığından şoka düşdüm. 25 nəfər mülki geyimli şəxs gəlmişdi. Onlar həyat yoldaşımın cibinə narkotik qoydular. Hilal nə siqaret çəkir, nə də spirtli içki qəbul etmir. O din adamıdır, quran oxuyur”, - deyə Bahar Məmmədova qeyd edib.
Onun sözlərinə görə, mənzildə axtarış aparanlar H.Məmmədovun 80 yaşlı atası da daxil olmaqla, bütün ailə üzvlərini təhqir edib. Onlar mənzilin altını üstünə çeviriblər. Sonra bildiriblər ki, H.Məmmədovun pencəyinin cibindən içində narkotik maddə olan bükülü tapılıb. “Səhər mən ərzaq almaq üçün pul götürəndə pencəyin cibinə baxmışdım. Bu barədə axtarış aparanlara bildirəndə onlardan biri dedi: “Nə olsun, biz özümüz qoya bilmərik bəyəm?” Mən onların bu cür həyasızlığından şoka düşmüşdüm”, - Məmmədova bildirib. Axtarış sanksiya təqdim olunmadan aparılıb.
Vəkil Ramiz Məmmədov hesab edir ki, Hilal Məmmədovun həbsinə bilavasitə onun www.Youtube.com saytına “Tı kto takoy, davay do svidaniya” (Sən kimsən? Çıx get) rədifli meyxanasını yerləşdirməsidir. “Bu meyxana qısa zamanda milyonlarla insanın rəğbətini qazandı”.
Hətta video rolikə uyğun olaraq Rusiya müxalifəti də “Sən kimsən ki, Putin, çıx get ” reklam roliki nümayiş etdirib. İnternetdə yerləşdirdiyi bu klip Rusiya KİV-də böyük maraq doğurub, NTV-nin çəkiliş qrupu onun yanına gəlib. O, qrupu iyunun 13-də Astarada talış folklor gecəsinə dəvət edib. Yerli hakimiyyət gecəni pozmağa çalışsa da, tədbir baş tutub. Həmin gecədə H.Məmmədov deyib ki, “əgər hakimiyyət Azərbaycanı dünyaya tanıtmaq üçün 1 mlrd. dollara yaxın pul xərcləyibsə, biz 1 qəpik belə xərcləmədən Azərbaycanı və onun ayrılmaz hissəsi olan Talışı bütün dünyaya göstərdik”.
Vəkil bildirib ki, indiyədək H.Məmmədovdan qan və sidik analizi götürülməyib. Eyni zamanda istintaq tələsik olaraq “aşkar edilmiş” maddənin kimyəvi ekspertizasını aparıb və onun heroin olduğunu müəyyən edib.
O həmçinin bildirib ki, H.Məmmədov saxlanılarkən fiziki təzyiqlərə məruz qalıb. Onun bədənində zorakılıq izləri var. Nizami Rayon Prokurorluğu istintaq aparır.
Hilal Məmmədov iyunun 21-də qanunsuz narkotik maddə saxlamaqda ittiham olunaraq həbs edilib. Günahı sübuta yetirilərsə, onu 12 ilədək həbs cəzası gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG