Martın 7-də Yevlax-Zaqatala-Gürcüstan yolunun Balakən rayonunun Poçtbinə kəndi (Bakıdan 460 kilometr şimal-qərb) ərazisində Milli Məclisin deputatı Hikmət Atayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən əks istiqamətdən hərəkət edən Poçtbinə kənd sakini Şaban Qardaşovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə toqquşub. Nəticədə H.Atayev hadisə yerində vəfat edib, digər avtomobilin sürücüsü və sərnişini Vüsal Bodurov isə bədən xəsarətləri alıb. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə bəyanatında deyilir.
İlkin araşdırmalara görə Ş.Qardaşovun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunub.
Faktla bağlı Balakən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayətin törədilməsində şübhəli bilinən Ş.Qardaşov tutularaq istintaqa cəlb olunub.