"Heç bir şərt qoyulmadan, əmanətlərimiz elə bu saat qaytarılmalıdır"
Avqustun 12-də bir qrup vətəndaş Əmənatlərin sığortalanması fondunun önündə toplaşıblar. Onlar bağlanmış banklarda bloklanmış əmanətlərin tezliklə qaytarılmasını tələb ediblər. Əmanətlərin sığortalanması fondunun Hüquq departamentinin Korporativ hüquq şöbəsinin müdiri Anar Haqverdiyev bildirib ki, əmanətlərin qaytarılması avqustun 14dən başlanacaq. Avqustun 10-da Konstitusiya Məhkəməsi əmanətlərin sığortalanması ilə bağlı qərarını açıqlayıb. Məhkəmə qərarı əmanətçilərin xeyrinə qəbul edib, qərara görə həmin əmanətlər qanunidir və fond onları kompensasiya etməlidir. 2020-ci il mayın 1-də "Atabank" və "AmrahBank"ın lisenziyası ləğv edilib. Daha sonra, mayın 12-də "AGbank" və "NBCBank"ın lisenziyaları da ləğv olunub.
Episodes
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb