Accessibility links

Heyvansevərlər itlərin güllələnməsinə etiraz edib


Heyvansevərlər itlərin güllələnməsinə etiraz edib
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Avqustun 27-də bir qrup heyvansevər aktivist Daxili İşlər Nazirliyinin Hospitalının yanında etiraz aksiyası keçirməyə cəhd ediblər. Onlar bir neçə gün öncə həmin ərazidə 6-ya yaxın itin qanunsuz güllələnməsinə etirazlarını bildirmək üçün toplaşdıqlarını deyiblər. Heyvansevərlər deyib ki, güllələnən itlər onlar tərəfindən qısırlaşdırılmışdı. Aksiyanın təşkilatçısı Nicat İsmayilov Hospitalın yanındakı tikiliyə çıxıb plakat asaraq, etirazını oradan bildirib. Hadisə yerinə Çevik Polis alayı əməkdaşları cəlb olunub. Onlar 2 aksiya iştirakçısı və təşkilatçını hadisə yerindən uzaqlaşdıraraq Polis bölməsinə aparıb. Günün sonunda etirazçılar sərbəst buraxılıb.

XS
SM
MD
LG