Accessibility links

Heyvansevərlər “Öldürməyin itləri!” şüarı ilə aksiya keçirib


Heyvansevərlər “Öldürməyin itləri!” şüarı ilə aksiya keçirib
Heyvansevərlər “Öldürməyin itləri!” şüarı ilə aksiya keçirib

Bu gün, iyulun 8-də bir qrup heyavansevər Bakıda “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin qarşısında “Öldürməyin itləri!” şüarı ilə aksiya keçirib. Aksiyaçılar küçələrdəki sahibsiz itlərə qarşı sərt rəftarı pisləyib. İtlərin mərkəzə yerləşdirlməsi məslələrini qaldırıb.

Bu zaman polis aksiyaya müdaxilə edib. Aksiya iştirakçılarından Rüstəm İsmayılbəyli, Nicat İsmayılov, Elxan Mirzəyev, Kamran Məmmədli və digərləri polis tərəfindən saxlanılaraq hadisə yerindən uzaqlaşdırılıb.

Heyvansevərlər polis tərəfindən saxlanılarkən
Heyvansevərlər polis tərəfindən saxlanılarkən

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsinin Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzi sahibsiz heyvanlara qayğı layihəsinin icrasını həyata keçirir. Layihənin əsas məqsədi sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsidir.

Ölkədə sahibsiz itlərin rəsmi statistikası aparılmır. Heyvasevərlərin iddialarına görə, yalnız Bakı şəhərində minlərlə sahibsiz it var.

XS
SM
MD
LG