Heyvan haqları fəalı: Toplan sadəcə bir lövhədə addır. Rəsmi olaraq Toplan yoxdur.
Heyvan haqları fəalı Yelena Simakina artıq 7 ilə yaxındır ki, aktiv olaraq küçə heyvanlarının xilası, onların müalicələri və yerləşdirilməsi ilə məşğuldur. Bundan əlavə, bütün bu illər boyu həm də heyvanların hüquqlarının müdafiəsi Yelena Simakinanın mübarizə apardığı əsas məsələlərdən biridir. Bu könüllü məşğuliyyətə heyvanların xilası, bütün müalicə xərclərinin qarşılanması, heyvanlara lazımi qulluq, onların vaxtında peyvəndlənməsi və sterelizasiya edilməsi aiddir. Xilas etdiyi heyvanları isə, Hövsan qəsəbəsində, şəxsi sığınacağında saxlayır. Yelena Simakina onun maddi və mənəvi resurslarının xərclədiyi 8 itinin Toplan sahibsiz itlərə qayğı mərkəzinin əməkdaşları tərəfindən aparılmasından şikayətçidir. O, bununla bağlı Toplan sahibsiz itlərə qayğı mərkəzinə qarşı məhkəmə iddiası qaldırıb. O deyir ki, Toplanın əməkdaşları tərəfindən aparılan 8 itinin rəsmi passportu, vaksinasiya və sterilizasiya olmaları ilə bağlı sənədləri var. Buna baxmayaraq Yelena xanımın Toplana dəfələrlə etdiyi rəsmi müraciətləri nəticəsiz qalıb.
Episodes
-
Dekabr 18, 2024
Türkiyə 2025-ci ildə vasitəçilik rolunu artırmağa çalışır
-
Dekabr 18, 2024
ABŞ üzərində görülən müəmmalı dronlar suallar doğurur
-
Dekabr 18, 2024
Gürcüstanda yeni prezident seçilib