Ria Novosti saytının Mexiko şəhərindəki müxbirinin məlumatına görə Heydər Əliyevin Mexikonun mərkəzi küçəsində yerləşən heykəli ötən gecə Dostluq Parkından götürülərək başqa yerə aparılıb.
Heykəlin yerinin dəyişdirilməsi ilə bağlı rəsmi məlumat yoxdur. Şəhər rəhbərliyi Azərbaycan tərəfi ilə danışıqlarda abidənin daşınması üçün rəsmi səbəb kimi şəhərsalma normalarının pozulmasını göstərib.
Heykəlin demontajı zamanı əraziyə 200 nəfərə yaxın polis əməkdaşı cəlb olunub, küçədə avtomobillərin hərəkəti dayandırılıb. Abidənin hara köçürülməsi ilə bağlı rəsmi məlumat yoxdur və heykəlin köçürülməsi xərcləri Mexiko büdcəsi hesabına ödəniləcək.
Mexikoda Heydər Əliyevin heykəli ilə bağlı məsələ Meksika telekanallarında ciddi narahatlıq yaratmışdı. Məsələ dünya mətbuatının da gündəminə düşmüşdü. Dünyanın çox məşhur televiziya, qəzet və agentlikləri məsələyə hələ də diqqət yetirir.