Yarırəsmi Tasnim xəbər agentliyinin məlumatına görə, dünya gücləri ilə İran arasında mübahisəli nüvə proqramı ilə bağlı danışıqlar dekabrın 9-da Vyanada davam etdiriləcək.
İrana qarşı sanksiyaların aradan qaldırılması müqabilində nüvə proqramını məhdudlaşdırmağa razı olduğu 2015-ci sazişini bərpa etmək məqsədi daşıyan danışıqlar keçən həftə gərginliklə başlayıb.
2018-ci ildə razılaşmadan çıxan, lakin prezident Co Bayden administrasiyasının yenidən pakta qoşulmağa hazır olan ABŞ, İranı sazişlə ciddi maraqlanmamaqda ittiham edir.
İlkin razılaşmanı imzalayan P5+1 qrupunun üzvü olan Almaniya dekabrın 6-da bildirib ki, sazişin yenidən işə salınması ilə bağlı təkliflər nəzərdən keçirilib “və belə nəticəyə gəlinib ki, İran aylarla davam edən gərgin danışıqlardan sonra əldə edilən bütün kompromisləri pozub".
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, təkliflər "danışıqların uğurla başa çatması üçün əsas deyil". O əlavə edib ki, Berlin İranın "real" sövdələşmə mövqeyi ilə beynəlxalq danışıqlara qayıtmasını gözləyir.
Vaşinqtonla birbaşa danışıqlarda iştirakdan imtina edən İran bəyan edib ki, Tehrana qarşı tətbiq edilən bütün cəza sanksiyaları ləğv olunmayınca yeni sazişdən söhbət gedə bilməz.