Accessibility links

Hesabat: Türkiyənin Suriyaya hərbi müdaxiləsi İŞİD-i zaman və məkanla təmin edir


ABŞ-ın müdafiə kəşfiyyatı rəsmiləri Türkiyənin Suriyanın şimalına hərbi müdaxiləsi, ABŞ və digər qüdrətlərin buna cavabının İslam Dövləti terror qrupunun məhvinə yönəlmiş səylərə təsirini qiymətləndirir.

Müdafiə Kəşfiyyatı Agentliyi Müdafiə Departamentinin baş müfəttişinə deyib ki, “Türkiyənin hücumu qrupu Qərbi hədəf alan transmilli hücum imkanlarını artırmaq üçün zaman və məkanla təmin edib”.

ABŞ prezidenti Donald Tramp 50 xüsusi əməliyyat qoşunlarının Suriyadan çıxarılmasına göstəriş verəndən sonra Türkiyə ötən ay ərazini terrorçulardan təmizləmək istədiyini söyləyərək, Suriyada hərbi əməliyyatlara başlayıb.

Amma Türkiyə İŞİD deyil, Ankaranın terror qrupu kimi tanıdığı kürd yarı-hərbi dəstələri hədəf alıb. Həmin yarı-hərbi dəstələr isə ərazini İŞİD şəbəkəsindən təmizləmək üçün ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrin (SDQ) bir hissəsi olaraq döyüşüb.

Rəsmilər isə narahatdır ki, bunun nəticəsində İŞİD-ə qarşı mübarizə azalacaq.

"Bu hesabat noyabrın ortasında başa çatanda təxminən 100 min SDQ qüvvələrindən neçəsinin Suriyanın şimalında İŞİD əleyhinə mübarizə apardığı müəyyən deyildi", hesabatda bildirilib.

Çox güman ki, İŞİD terror əleyhinə mübarizə səylərinin azalmasını yenidən güclənmək üçün fürsət olaraq görəcək" - deyə, baş müfəttiş Qlenn Faynın rüblük hesabatında bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG