Accessibility links

Bu il Azərbaycan 15, Ermənistan 23 hərbçisini itirib


“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu

2018-ci ilin birinci yarısında Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkiləri 15 nəfər olub. Bu müddətdə Ermənistan Silahlı Qüvvələrinin 23 hərbi qulluqçusu dünyasını dəyişib. Bu barədə Almaniyada yerləşən Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat yayıb.

Mənbənin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbçisi döyüş şəraitində, 12 hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub.

2 hərbçi xəstəlikdən, 1-i bədbəxt hadisə zamanı, 3-ü naməlum şəraitdə ölüb. 3 hərbçi xidmət yoldaşının atəş açması, 1-i avtomobil qəzasında, 2-si mina partlaması nəticəsində həlak olub.

Ermənistan Silahlı Qü2vvələrində dünyasını dəyişənlərin 4-ü döyüş, 19 nəfəri isə qeyri-döyüş itkisidir. 4 hərbçi Azərbaycan tərəfinin atəşindən, 7 nəfərsə bədbəxt hadisələrdən dünyasını dəyişib. Bundan başqa 4 nəfər intihar edib, 2 nəfər əsgər yoldaşı tərəfindən qətlə yetirilib. 2 nəfər xəstəlik səbəbindən dünyasını dəyişib. 1 nəfər təhlükəsizlik qaydalarının poyulması səbəbindən, daha 3 nəfərsə başqa səbəblərdən dünyasını dəyişib.

Dünyasını dəyişənlərin 1-i zabit, 19 nəfəri əsgər, 3 nəfəri isə müddətli xidmət hərbi qulluqçusu olub. Ölənlərin hamısı Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçuları olub. İnsidentlərin 11-i Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonlarının ərazisində, 12-si isə Ermənistan ərazisində baş verib.

Ötən dövrdə Ermənistan Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu yaralanıb və ya xəsarət alıb. 1 hərbi qulluqçu avtomobil qəzasında xəsarət alıb, 2 nəfər bədbəxt hadisədən. 2 əsgərsə cəbhə xəttində yaralanıb.

Azərbaycan və Ermənistanın rəsmi qurumları məlumatla bağlı hələ açıqlama verməyib.

XHTİ 2015-ci ildə azərbaycanlı jurnalist və hərbi ekspert Cəsur Sümərənli tərəfindən təsis edilib. O bir neçə il öncə Almaniyaya mühacirət edib.

XS
SM
MD
LG