Accessibility links

Əli Həmzəzadə: İran Azərbaycanında Tələbə Günü fərqli şəkildə qeyd edilir


Əli Həmzəzadə: İran Azərbaycanında Tələbə Günü fərqli şəkildə qeyd edilir
please wait

No media source currently available

0:00 0:31:40 0:00

Əli Həmzəzadə: İran Azərbaycanında Tələbə Günü fərqli şəkildə qeyd edilir

Təbrizli tələbə fəalı Əli Həmzəzadə Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanında tələbə hərəkatıyla bağlı fikirlərini və təcrübələrini paylaşıb. Nəşri dayandırılmış Açıq Söz tələbə nəşriyyəsinin redaktoru azad şəkildə siyasi partiyaların fəaliyyətinə icazəsi olmayan İran kimi ölkələrdə hakimiyyətə qarşı güclü etiraz və tənqid qüvvələrdən birinə çevrildiyini düşünür.

Təbrizdə fəaliyyətlərindən dolayı təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə həbs edilən Həmzəzadə İran Azərbaycanında tələbələrin siyasi və ictimai istəklərinin mərkəz siyasi cərəyanlarından qarşılanmaması nəticəsində müstəqil hərəkat başlatdıqlarını deyib.

Əli Həmzəzadə İran Azərbaycanında müstəqil tələbə hərəkatının başlanmasında və Azərbaycan tələbə hərəkatının əsas fikir və prinsipləri Məhəmməd Tağı Zehtabi, Dr. Cavad Heyət və Əli Təbrizli kimi yazarların böyük rolu olduğunu ifadə edib.

1995-ci ilində İran Teleradio İdarəsi tərəfindən yayımlanan bir anketdə türklərlə bağlı bir sıra sualların verilməsi Tehran Universitetinin azərbaycanlı tələbələrinin aksiya keçirməsinə səbəb olduğunu ifadə edən Həmzəzadə "Bir türklə evlənərsinizmi? Bir qızınız olsa və bir gün evlənmək istərsə, onu bir türk kişiyə verməyə hazırsınızmı? Türklərin çox olduğu məhəllədə yaşamaq istəyirsinizmi? Ofisdə bir türklə işləməyə hazırsınızmı? kimi suallar İran teleradiosunun anketində yerləşdirilmişdi" - deyə, tələbə fəalı söyləyib.

"Anket Tehranda olan türk tələbələr vasitəsiylə Təbriz Tələbələrinə göndərilir və Təbriz Universiteti 1950-ci ilin may ayının 9-da böyük bir aksiyaya şahid olur və bu gün Azərbaycan tələbə hərəkatında tələbə günü olaraq qeyd edilir" - deyə, Həmzəzadə ifadə edib.

Əli Həmzəzadə Təbriz Azad Universitetində təhsil aldığı zaman universitet rəsmiləri tərəfindən fəaliyyətlərininn məhdudlaşdırıldığını bildirərək deyib ki, "biz öz işlərimizi edirdik, misal üçün Ana dili Günündə kitab paylayırdıq və universitet rəsmilərinin izni olmadan türkcə dil kursları təşkil etmək kimi fəaliyyətlərimiz olurdu."

Əli bəy Həmzəzadə sabiq Açıq Söz nəşriyyəsinin baş redaktoru olduğu zamanlar universitetin təhlükəsizliyi tərəfindən çağırılıb sorğulandığını söyləyir.

"Zatən dərginin 2-ci sayısından sonra dərginin nəşrinin qarşısını almaq istəyirdilər. Biz dərginin elektronik nüsxəsini Tehrandakı bir dərgi festivalına göndərdik və dərgimiz keyfiyyət baxımından o festivalda uğur qazandı və beləliklə dərginin nəşrinə qadağa qoya bilmədilər. Dərginin bir ildə 6 sayı nəşr edildi, ancaq 7-ci sayının nəşrinə mane yaradıldı" - deyə, o bildirib.

Həmzəzadə İran Azərbaycanında hal-hazırda tələbə fəallarına qarşı ağır məhdudlaşdırıcı manelər tördildiyini ifadə edərək, Azərbaycan tələbə hərəkatının öz yolunu davam etdirdiyini, fəaliyyətə izin verilmədiyi təqdirdə gizli şəkildə fəaliyyətlərin aparıldığını ifadə edib.

XS
SM
MD
LG