İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında əməkdaşlıq genişləndirilməlidir. Əfqanıstan regional əməkdaşlığı dəstəkləyir. Bu barədə Əfqanıstan prezidenti Həmid Karzay İƏT-in Sammitində bildirib.
O Əfqanıstanın regional layihələrə xüsusi önəm verdiyini deyib.
Regionda xüsusilə nəqliyyat dəhlizləri, kəmərlərin çəkilməsi vacibdir.
“Hesab edirik ki, regional layihələrə maliyyə dəstəkləri artırılmalıdır”, o qeyd edib.
Prezident Karzayın çıxışının əsas motivi isə terrorizmə və narkoticarətə qarşı mübarizə ilə bağlı olub.
O İƏT ölkələrini terrorçuluğa və narkoticarətə qarşı birgə mübarizəyə çağırıb.
“Terror xalqlara qarşı təhdiddir. Heç kim terrordan sığortalanmayıb. TerRorçu qruplar bu regionda təşkil edilir, fəaliyyət göstərir, təlimlər keçir. Əfqanıstan bu silahlı qruplara qarşı mübarizə aparır və minlərlə qurban verib. İƏT ölkələri terrorizmə qarşı mübarizdə bir-birinə kömək etməlidir”, prezident deyib.
O narkotik becərilməsindən, istehsalından, ticarətindən ölkəsinin əziyyət çəkdiyini diqqətə çatdırıb.
“Narkotik ticarəti həm də terrorizmə xidmət edir”.
Karzay Əfqanıstanda demokratik institutların nailiyyətlərindən xalqının istifadə etməsindən də danışıb.
“Xarici hərbi kontingent ölkəni tərk etdikdən sonra Əfqanıstan dövləti təhlükəsizliyin təminini tam üzərinə götürəcək. Bu missiya uğurla Əfqanıstan qüvvələrinə ötürülür. Əfqanıstan sərhədləri sülh və uğur sərhədinə çevriləcək ”, prezident bildirib.