Accessibility links

ABŞ Ali Məhkəməsinin tarixi qərarı - həmcins nikahlar leqallaşdı [Video]


ABŞ Ali Məhkəməsinin tarixi qərarı - həmcins nikahlar leqallaşdı
please wait

No media source currently available

0:00 0:02:13 0:00

ABŞ Ali Məhkəməsinin tarixi qərarı - həmcins nikahlar leqallaşdı

Fəallar homoseksulların hüquqları uğrunda mübarizənin hələ başa çatmadığını deyir.

Həmcinslərin nikahı artıq Birləşmiş Ştatların hər yerində qanunidir. Ali Məhkəmə Amerika konstitusiyasında təsbit edilmiş azadlıqlar və müdafiənin gey ve lesbianlara evlənmək haqqını təmin etdiyinə dair qərar verib. Məhkəmə üzvlərinin 5 lehinə, 4 əleyhinə səsverdikdən sonra çıxarılan qərarlar ciddi sosial məsələ və vətəndaş hüquqları uğrunda mübarizəyə çevrilmiş bu məsələni hüququ şəkildə həll etdi.

Ali Məhkəmənin bu əlamətdar qərarından sonra homoseksualların hüquqlarını müdafiə edən fəallar hədsiz sevinc hissi keçirir.

“Bu, həqiqətən də ölkə üçün tarixi bir gündür və mən də buradayam. Bu, çox gözəl bir hissdir.”

Bu, bizim üçün, mənim və həyat yoldaşım üçün gözəl gündür. Mən şadam ki, biz nəhayət ikinci-dərəcəli vətəndaşlar deyililk.”

Şikayətçi Cim Obergefel uzun zamandır mərhum yoldaşı ilə nikahının qanuniləşdirilməsi uğrunda mübərizə aparıb.

“Mən Cona məni sevdiyi, məni daha yaxşı insan etdiyi üçün minnətdaram. O mənə öyrətdi ki bunun uğrunda mübarizə aparmağa dəyər. Bu, sənin üçündür Con.”

Prezident Barak Obama bu qərarı ədalət sistemində “göy qürultusu” adlandırıb.

"Bu qərar milyonlarla amerikalının ürəklərində olan inamı bir daha təsdiq edir: Bütün amerikalılar bərabər hüquqlara sahib olduqda, biz daha da azad oluruq.”

Bu qərar milyonlarla amerikalının ürəklərində olan inamı bir daha təsdiq edir: Bütün amerikalılar bərabər hüquqlara sahib olduqda, biz daha da azad oluruq
Barak Obama

“Biz Allahın mənəvi normalarını geridə buraxdıq və nəticələrindən əziyyət çəkəcəyik. Allaha istehza etmək olmaz,” deyə bu qərarın əleyhdarı bildirir.

Hüquqşünaslar arasında isə fikir ayrılıqlarına dözümlü yanaşma mövcuddur. Vəkil Ostin Nimoks:

“Biz ümid edirik ki, nikahın bir kişi və bir qadına arasında olmasına inanan milyonlara amerikalı bu həqiqəti cəmiyyətimiz və mədəniyətimizdə təbliğ etməyə davam edəcək.”

Corctaun universitetinin hüquq professoru Nan Hanter isə bu mədəniyyətin təkamül yolu keçdiyini deyir.

“Mən Amerikanın sadəcə bu gün dəyişdiyini düşünmürəm. Məncə, məhkəmə də bunu dedi ki, “biz bu gün Amerikanın artıq necə dəyişdiyni görürük.”

Rəy sorğuları homoseksulların hüquqlarını dəstəkləyən gey və heteroseksual gənc amerikalıların sayının artdığını göstərir.

“Mən heteroseksualam, ona görə də bu qərar bilavasitə mənə təsir etmir, amma mən buradakı hər kəs üçün sevinirəm, çünki bu, bizim konstitusiyamızdır.”

Fəallar homoseksulların hüquqları uğrunda mübarizənin hələ başa çatmadığını deyir. Amma bəzi ştatlarda evlənə bilib, digərlərində evlənə bilməyənlər indi artıq bunu Amerikanın istənilən nöqtəsində edə bilər.

XS
SM
MD
LG