Accessibility links

Əfqanıstanın Helmənd vilayətində güclü partlayış olub


Əfqanıstanın Helmənd vilayətində güclü partlayış nəticəsində 14 adam həlak olub, onlarla insan yaralanıb.

Polis partlayışın vilayətin paytaxtı Ləşgərgah stadionu yaxınlığında, güləş yarışlarının keçirildiyi vaxt baş verdiyini bildirib.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb.

Kabil şəhərində çərşənbə günü baş verən intiharçı bomba hücumu nəticəsində azı 26 nəfər ölüb, xeyli sayda insan isə yaralanıb.

Polis bildirib ki, partlayış paytaxtın ən gediş-gəlişli yerlərindən biri olan, şiə müsəlmanların Novruz bayramını qeyd etmək üçün Sakhi ibadətgahına gedən yolda baş verib.

Terror hadisəsinin məsuliyyətini İŞİD üzərinə alıb. Son aylar İŞİD militantları Kabildəki şiə ibadət yerləri və yığıncaqlarını hədəf alır.

Bununla bərabər, Taliban döyüşçüləri də şəhərin müxtəlif yerlərində intiharçı bomba hücumları həyata keçirib.

XS
SM
MD
LG