Hələbdə şəhərin altında yerləşmiş tuneldə partlayış nəticəsində qədim qala divarının bir hissəsi dağılıb. Bu haqda dövlət mediası və fəallar məlumat verib.
Suriyada İnsan Hüquqlarını Müşahidə qrupunun bildirdiyinə görə, qalanın divarı hökumət qüvvələrinin üsyançıların qazdığı yeraltı tuneli partlatdıqları zamanı zərərə məruz qalıb. Dövlətə məxsus xəbər agentliyi isə tunelin üsyançılar tərəfindən partladıldığını bildirib.
Suriya fəallarının media orqanı olan Hələb Xəbər Şəbəkəsi (Halab News Network) partlayış nəticəsində dağılmış divarın görüntülərini yayıb.
Hələb şəhərin qədim hissəsi 2013-cü ildə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınıb.
Vətəndaş müharibəsindən öncə Hələb Suriyanın ən çox əhalisi olan şəhəri idi. Şəhər hökumət və prezident Bəşar Əl-Əsədi hakimiyyətdən salmaq uğrunda mübarizə aparan üsyançıların nəzarət etdiyi hissələrə ayrılıb.