Suriyanın Hələb şəhərində döyüşlər ikinci gündür ara vermir. Müdafiə rəsmiləri döyüş zamanı klinikanın dağıdıldığını bildirir.
Xroniki xəstəliklər və stomotologiya klinikası xəstəxananın dağılmasından bir gün sonra hədəf alınıb.
Dövlət mediası bildirib ki, yaraqlıların Hələbin Bab Əl-Fərəc məscidinə hücumu zamanı 15 adam həlak olub, 30-dan çox insan yaralanıb.
Bu gün şəhər məscidlərində cümə namazları təxirə salınıb. Səhərədək şəhər üzərində uçaq təyyarə səsləri eşidilib.
Dünən Hələbdə qarşıdurmalar zamanı 54 adam öldürülüb.
Son həftə ərzində ölənlərin sayı 200 nəfərə çatıb.
BMT-nin insan haqları üzrə nümayəndəsi Zeyd Rəad Əl-Hüseyn bu gün verdiyi bəyanatda Suriyada zorakılıqların bərpasını mülki əhaliyə qarşı biganəlik kimi qiymətləndirib.
Suriyanın ən böyük şəhəri olan Hələb hökumət və rəqib döyüşçülərin nəzarəti altındadır. Ətraf bölgələrin bir hissəsi Əl-Qaidə və İslam Dövləti kimi qrupların əlindədir.