Accessibility links

«Hələ bu qədər itki olmamışdı» [Müsahibə]


Rasim Musabeyov
Rasim Musabeyov

Deputat, politoloq Rasim Musabəyov deyir, baş verənlər ənənəvi atəşkəsin pozulması deyil

«Gərginlik açıq hərbi toqquşma səviyyəsinə gəlib çıxıb. Ağır texnika, hərbi helikopterlərdən, tanklardan, artilleriyadan istifadə olunur, hücum əməliyyatları keçirilir. Bu, onu göstərir ki, baş verənlər ənənəvi atəşkəsin pozulması deyil. Hərbi münaqişənin bir addımlığındayıq. Son 20 ildə tərəflər arasında bu həcmdə itkilər olmayıb».

Deputat, politoloq Rasim Musabəyov cəbhədə yaranmış vəziyyət və itkiləri şərh edərkən AzadlıqRadiosuna belə deyib.

Politoloq deyir, güman ki, hərbi əməliyyatların geniş miqyas almaması üçün cəhdlər olacaq: «Ancaq heç nəyi də istisna etmək mümkün deyil. Ermənilər, dedikləri kimi, cavab əməliyyatlarını davam etdirsələr, itirdikləri mövqeləri qaytarmaqdan ötrü ayrı yerlərdə hücuma başlasalar, əməliyyatları saxlamaq çətin olacaq. Hiss olunur ki, Rusiya, həmsədrlər telefon danışıqları aparır, hərbi əməliyyatların qarşısını almaq istəyirlər. Bu baş verəcək, yoxsa yox, demək çətindir».

«Son vaxtlar Ermənistan rəsmiləri deyirdilər ki, «Azərbaycanı cəzalandırmaq, Azərbaycana qarşı qabaqlayıcı tədbirlər aparmaq lazımdır» və s. Onların istəyi odur ki, indiki təmas xəttinə müşahidəçiləri, kimlərisə gətirməklə münaqişəni uzunmüddətli dondursunlar. Onlar dəridən-qabıqdan çıxsalar da, Azərbaycan heç vaxt buna razılıq verməyəcək. Ermənilərin bu iddialarla çıxış etməsi, əslində, hərbi münaqişənin geniş şəkildə bərpasına gətirib çıxarar. Mahiyyət ondan ibarətdir ki, Ermənistanın hərbi qüvvələri qanunsuz olaraq Azərbaycanın işğal olunmuş torpaqlarındadır. Onlar oradan çıxmayınca, vəziyyətin sabitləşəcəyi mümkün deyil», - deyə Rasim Musabəyov fikrini tamamlayıb.

XS
SM
MD
LG