Accessibility links

Həkimə Əhmədi müvəqqəti olaraq sərbəst buraxılıb


İyul ayının 16-da Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu önündə nəzarət altına alınan türk fəal Həkimə Əhmədi müvəqqəti olaraq sərbəst buraxılıb.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, 3 həftə nəzarət altında saxlanılan fəal 100 milyon tümənlik mülki zəmanət qarşılığında azad edilib.

İyulun 16-da Həkimə Əhmədi ilə birlikdə nəzarət altına alınan Məqsud Fəzli Çimənzəmin, Yasəmin Zəfəri, Rəhim Sasaniyan və Sədullah Sasaniyan keçən günlərdə müvəqqəti azadlığa buraxılıblar. Bu fəalların hamısı “milli təhlükəsizliyə qarşı toplaşma və birləşmə” və “ümumi intizamı pozmaq” ittihamı ilə mühakimə ediləcək.

Keçən iyul ayında Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmaların ardınca iyulun 16-da milli fəallar Təbriz, Urmiyə, Ərdəbil və Tehran kimi şəhərlərdə Azərbaycan Respublikasına dəstək mitinqləri keçirməyə cəhd etdilər. Həmin gün bəzi fəallar mitinqlərə qatılmağa çalışdıqları zaman, bəziləri isə təhlükəsizlik qurumuna çağırıldıqdan sonra nəzarət altına alınmışdı.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, tutulan fəallar təhlükəsizlik qurumunda saxlanıldıqları zaman işgəncəyə məruz qalıblar. Təbrizdə tutulan fəalların həbsxanada sorğu-sual edildiyi zaman evlərində təhlükəsizlik qüvvələri tərəfindən axtarış aparılıb.

Həkimə Əhmədi keçən illərdə də göstərdiyi fəaliyyətlər səbəbilə həbs və mühakiməyə məruz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG