Accessibility links

Sərhədsiz Həkimlər Əfqanıstanın Qunduz şəhərindən çıxıb


Sərhədsiz Həkimlər qrupu işçilərini Əfqanıstanın Qunduz şəhərindən çıxarıb. Buna səbəb ABŞ tərəfindən xəstəxananın bombalanması olub. Hücum zamanı 3-ü uşaq olmaqla, 19 adam həlak olub.

Sərhədsiz Həkimlər Taliban yaraqlılarının xəstəxanadan Əfqanıstan və NATO qüvvələrinə qarşı hücumlar hətaya keçirdiyinə dair məlumatı təkzib edib.

"Ağır xəstələrin hamısı digər səhiyyə təsisatlarına yerləşdirilib və hazırda Sərhədsiz Həkimlər qrupunun heç bir üzvü xəstəxanada çalışmır"-deyə qrupun kommunikasiya meneceri Keyt Steqman bildirib.

Sərhədsiz Həkimlərin Londondakı təmsilçisi xəstələrin Kabildə iki xəstəxanaya köçürüldüyünü deyib.

XS
SM
MD
LG