Accessibility links

Siyasi Məhbusların Müdafiəsi Mərkəzi “siyasi məhbusları müdafiə” həftəsi keçirəcək [Video]


Siyasi Məhbusların Müdafiəsi Mərkəzinin oktyabrın 20-də keçirilən toplantısında cəzaçəkmə müəssisəsində həbsdə məhbuslar Bayram Məmmədov, Qiyas İbrahimov, İlkin Rüstəmzadə, Elgiz Qəhrəmana qarşı qeyri-insani münasibət qınanılıb.

Toplantıda siyasi məhbus ailələri, hüquq müdafiəçiləri, bir sıra siyasi partiyaların təmsilçiləri iştirak ediblər.

“Cəzaçəkmə müəssisəsində “heykəl məhbusu” Bayram Məmmədova qarşı qeyri-insani münasibət davam edir. Bunun qarşısı alınmalıdır. Biz Bayram Məmmədov və digər siyasi məhbusların durumu ilə bağlı Avropa Şurası Parlament Assambleyasının məruzəçilərinə müraciət edəcəyik. Sosial şəbəkələrdə təzyiqə məruz qalan siyasi məhbusların müdafiəsi həftəsinə başlayırıq. Bu tədbir çərçivəsində siyasi məhbusların fotoları dərc ediləcək və onlara azadlıq istəniləcək. Ombudsmana müraciətlər ediləcək”, - həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur bildirib.

Toplantıda çıxış edənlər 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Bayram Məmmədova qarşı münasibətdən daha çox narahatdırlar.

“Bayram Məmmədovla dünən görüşdüm. Cəzaçəkmə müəssisəsinin rəhbərliyinin oğluma qarşı münasibəti məni çox narahat edir. Bayramın yatacaq yeri qapının yanında, yelçəkən yerdədir. Orada pəncərələrin şüçəsi də yoxdur. Oğlum tez-tez xəstələnir. Son günlər böyrəklərində də problemlər yaranıb”, -B.Məmmədovun anası Sevinc Məmmədova deyib.

B.Məmmədovun atası isə deyib ki, oğlunun yataq yeri bundan öncə başqa yerə dəyişdirilib.

“Onun çarpayısında bu barədə lövhə də bunu göstərir. Lakin gözlənilmədən cəzaçəkmə müəssisəsinin rəhbəri Bayramın çarpayısını özbaşına dəyişdirdiyin bildirib və onu 10 sutka cərimə kamerasına salıb. Bundan sonra Bayram yenidən dustaqların münasibətində “pis yer” kimi hallanan, tualetin yaxınlığına, yelçəkən yerə, yəni, qapının yanına, əvvəlki yerinə dəyişdirilib”, - ata qeyd edib.

Çıxışlarda cəzaçəkmə yerlərində son zamanlar siyasi məhbuslara münasibətdə sərtləşmənin siyasi sifariş olduğunu qeyd ediblər.

“Bu münasibətin günahkarları həbsxana rəhbərləri, Prnitensiar Xidmət, heç Ədliyyə Nazirliyi də deyil. Bunun sifarişini yüksək siyasi rəhbərlik verir”, - keçmiş siyasi məhbus Əvəz Zeynallı qeyd edib.

Siyasi Məhbusların Müdafiəsi Mərkəzi “siyasi məhbusları müdafiə” həftəsi keçirəcək
please wait

No media source currently available

0:00 0:01:54 0:00

XS
SM
MD
LG