Accessibility links

Jurnalistə 30 sutka həbs verilib


Rövşən Məmmədli
Rövşən Məmmədli

Jurnalist-frilanser Rövşən Məmmədli yanvarın 23-də Bakının Yasamal rayonu ərazisində saxlanılıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib. Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, guya jurnalist küçədə təhqiramiz ifadələr işlədib.

Vəkil apellyasiya şikayəti vermək niyyətindədir.

R.Məmmədlinin həmkarları hesab edirlər ki, o, “Nardaran işi” ilə bağlı yazılarına görə təqib olunur.

R.Məmmədli “Azadlıq” qəzetində həbsdə olan nardaranlıların hüquqlarının pozulması və onlara işgəncələr verilməsi barədə yazılar dərc etdirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya qazının Ukrayna üzərindən Avropaya təchizat müddəti sona çatdı
please wait

No media source currently available

0:00 0:10:03 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan təyyarəsinin qəzası. Türkiyənin Suriyanın gələcəyində rolu.
please wait

No media source currently available

0:00 0:30:26 0:00
XS
SM
MD
LG