Accessibility links

NİDA fəalı 5 il 6 ay azadlıqdan məhrum edilib (Yenilənib)


Elgiz Qəhrəman
Elgiz Qəhrəman

Yanvarın 16-da 5,5 il müddətinə azadlıqdan məhrum edilən NİDA fəalı Elgiz Qəhrəmanlı son sözündə bildirib ki, ona qarşı cinayət işi saxtalaşdırılıb.

O, “şahid” adlandırılan şəxsləri ancaq DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (BMCQMİ) görüb.

Növbəti gün onun evinə üç nəfər gələrək özlərinin qoyduqları kitabları “götürüblər”. Kitablardan biri rus dilində olub. Fəal rus dilini bilmədiyini deyib.

BMCQMİ-də dindirməyə gəlincə, fəal deyib ki, polislər orada onu döyüblər. BMCQMİ şöbə rəisi Kərim Əlimərdanovun kabinetində həm Quran, həm də dəyənək olub.

E.Qəhrəmanı Apellyasiya Məhkəməsinə buraxmayıblar. Onun həbslə bağlı şikayətinə orada baxılır.

“Məni narkotik maddə alverində ittiham ediblər. Əgər belədirdə niyə məni narkotik maddə satarkən tutmayıblar? Mən məntiq müəllimiyəm. Məni tutanda "Facebook" hesabımı aldılar, paylaşmalarıma baxdılar”, fəal bildirib.

Ondan Türkiyədə təhsil alıb-almaması, Allaha inanıb-inanmaması barədə soruşublar. Bundan sonra qərara alıblar ki, o, Gülənçidir.

“Sonra başa düşdülər ki, bu ittiham gülüncdür, narkotik maddə ittihamını irəli sürdülər. Məni 14 hərfdən ibarət 4 sözə görə həbs ediblər. Mən polisdən soruşdum ki, məni nəyə görə həbs edirlər. Polis dedi: “Sən günahkar deyilsən, ancaq təhlükəli adamsan”. Mənim həbsim siyasi sifarişdir, qərəzli və qanunsuzdur. Odur ki, mənə bəraət verilməsini xahiş edirəm”, E.Qəhrəman bildirib.

Xatırladaq ki, E.Qəhrəman Facebook-da prezident İlham Əliyevin oğlunu Şah İsmayılla müqayisə edib.

***

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi qanunsuz narkotik dövriyyəsində ittiham olunan NİDA Vətəndaş Hərəkatının fəalı Elgiz Qəhrəmanlının 5 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Prokuror fəala 6 il həbs istəmişdi.

Elgiz Qəhrəmanlı 2016-cı il avqustun 12-də saxlanılıb və həmin gün onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

Qəhrəmanlı ittihamı qəbul etmir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Qəhrəmanlının həmfikirlərinin dediyinə görə, o Facebook-da prezident İlham Əliyevin oğlunun Şah İsmayılla müqayisəsinə istehza əks olunan statusundan sonra saxlanılıb.

Vəkillər ittihamın məhkəmədə sübuta yetirilmədiyini bildirib.

XS
SM
MD
LG