Accessibility links

Dövlət ittihamçısı Anar Məmmədliyə 9 il həbs istəyib [Video]


Dövlət ittihamçısı məhkəmədən Anar Məmmədliyə 9 il azadlıqdan məhrum edilməsini istəyib
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Prokuror SMDT-nin icraçı direktoru Bəşir Süleymanlıya və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədova isə 8,6 ay həbs istəyib

Mayın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin, bu QHT-nin icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun işi üzrə prosesdə dövlət ittihamçısı Anar Tanrıverdiyev çıxış edib.

Dövlət ittihamçısı Anar Məmmədliyə 3 il dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il, Bəşir Süleymanlı və Elnur Məmmədova 2 il dövlət, yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətinə həbs cəzası istəyib.

Bununla belə prokuror Bəşir Süleymanlı və Elnur Məmmədov barəsində başqa yerə getməmək haqqında iltizamın həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə zalında həbs olunmasını istəyib.

Onlar Cinayət Məcəlləsinin 5 maddəsi ilə – vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə, iri məbləğdə əmlakın mənimsənilməsi və vəzifə saxtakarlığı ilə ittiham olunurlar.

Proses mayın 26-da vəkillərin müdafiə çıxışı ilə davam edəcək.

Amnesty İnternational Anar Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb.
XS
SM
MD
LG