1 May Beynəlxalq Zəhmətkeşlər Günü münasibəti ilə Bakının Səbail rayonu Nizami Gəncəvi küçəsində yürüş etmək istəyən solçu gənclər Səbail məhkəməsinin qərarı ilə inzibati qaydada həbs ediliblər.
Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitunun məhkəmədə iştirak edən əməkdaşı Amerikanın Səsinə bildirib ki, məhkəmənin qərarı ilə Aqşin Mustafayev və Taleh Rzaxanova 15, Sənan Güləhmədova 10 sutka inzibati qaydada həbsə Ümid Alışova isə 80 saat icbari iş verilib.
Mayın 1-də solçu gənclərin keçirmək istədikləri aksiya polis tərəfindən dağıdılıb.
Polis gənclərə və jurnalistlərə qarşı güc tətbiq edib. Nəticədə 5 solçu və “Obyektiv TV”-nin əməkdaşı Səbayel Rayon Polis İdarəsinin 9-cu bölməsinə aparılıb.
Obyektiv.tv-nin iki əməkdaşı sonradan buraxılıb.