Accessibility links

Internetdə yayılan videoda bədənindəki zərbələr göstərilən şəxsin azərbaycanlı tələbə olduğu bildirilir


Internetdə yayılan videoda bədənindəki zərbələr göstərilən şəxsin azərbaycanlı tələbə olduğu bildirilir
Internetdə yayılan videoda bədənindəki zərbələr göstərilən şəxsin azərbaycanlı tələbə olduğu bildirilir

Xəbərlərdə deyilildiyinə görə Həbib, qardaşı Həmid Purvəli ilə birlikdə, 5 il əvvəl, Təbrizdə Ayətullah Seyid Kazım Şəriətmədarinin ölümünün il dünümü ilə bağlı bəyanatı yayarkən tutulmuşlar. Xəbərdə onun həmin vaxtda da ağır işkəncələrə məruz qaldığı bunun nəticəsində şəhərin Şəhidlər Xəstəxanasında 17 gün müalicə olunduğu qeyd edilir. Xəbərdə bu da iddia edilir ki, o zamanda Həbib Purvəli işkəncələr barədə sakit qalması şərti ilə azadlığıa buraxılıb.

Güney Azərbaycan Öyrənci Hərəkatı "Urmu İşçiləri" xəbər saytına istinadən bildirib ki, son zamanlarda türk və fars dilli saytlarda yayılan video lentdə bədənində zərbə izləri göstərilən şəxs Novruzun 13-ü ya da Təbiət Günündə tutulan azərbaycanlı üniversitet tələbəsi və mədəni fəal Həbib Purvəlidir. Öyrənci hərəkatının xəbərində deyilir ki, çoxlu azərbaycanlı milli fəal İran həbsxanalarında belə işkəncələrə məruz qalsa da onların ailələri rəsmi dairələrin hədələrinə görə belə hadisələrin üzərini açmaqdan çəkinirlər.

Bildirildiyinə görə "Urmu İşçiləri" saytı bu videonu yayan birinci mənbədir. Saytın xəbərində deyilir ki, Həbib Purvəli iki dəfə tutulub və işkəncəyə məruz qalıb. Urmu Gülünün qurumasına etiraz nümayişləri iki ildir ki İran Azərbaycanının müxtəlif şəhərlərində, o cümlədən Təbriz və Urmuda keçirilib. Bu etiraz nümayişlərində, bu il də keçən ildəki kimi bir sıra adamlar tutuldular. Tutulanların işkəncə olunmaları barədə xəbərlər yayılsa da bu xəbərlər təstiq olunmamışdı.

İrandakı vəziyyət barədə xəbərlər yayan Çeşmandaz saytı bu videonu yaysa da onun barəsində izahat verməyib. Balatərin saytı və bir sıra fars dilli saytlar da bu videonu yayıblar. Həmin türk və fars dilli saytların xəbərlərində bildirilir ki, Həbib Purvəli, bu ilki Təbiət günündə tutulandan sonra Təbriz polisi tərəfindən işkəncə olunub. Xəbərdə deyilir ki, Həbib bu işkəncələr nəticəsində elə ağır vəziyyətə düşüb ki, polis onu xəstəxanaya götürüb və o xəstəxanada müalicə olunub.

Xəbərlərdə deyilildiyinə görə Həbib, qardaşı Həmid Purvəli ilə birlikdə 5 il əvvəl Təbrizdə Ayətullah Seyid Kazım Şəriətmədarinin ölümünün il dünümü ilə bağlı bəyanatı yayarkən tutulmuşlar. Xəbərdə onun həmin vaxtda da ağır işkəncələrə məruz qaldığı bunun nəticəsində şəhərin Şəhidlər Xəstəxanasında 17 gün müalicə olunduğu qeyd edilir. Xəbərdə bu da iddia edilir ki, o zamanda Həbib Purvəli işkəncələr barədə sakit qalması şərti ilə azadlığıa buraxılıb.

Redaktorun qeydi: Amerikanın səsi Azərbaycan redaksiyası rəhbərliyin qərarına əsasən haqqında danışılan videonu yayımlamır. Həmin video lenti yuxrıda adı çəkilən və başqa saytlarda tapmaq mümükündür.

XS
SM
MD
LG