Accessibility links

Həbib Müntəzir: İlk 20-liyə düşməyi uğur sayıram [Audio-müsahibə]


İfadə Azadlığı Mükafatı - Index on Censorship
İfadə Azadlığı Mükafatı - Index on Censorship

Dünyada ifadə azadlığını müdafiə edən Index on Censorship kampaniyası Meydan TV-nin sosial şəbəkə meneceri Həbib Müntəziri ifadə azadlığını müdafiə edən 20 namizəd arasında daxil edib. Həbib Müntəzir Amerikanın Səsinə müsahibədə bunun özünün də böyük uğur olduğunu və finalda qalib gələcəyinə inandığını bildirib. Onun müsahibəni təqdim edirik:

Həbib Müntəzir: İlk 20-liyə düşməyi uğur sayıram
please wait

No media source currently available

0:00 0:06:07 0:00

Amerikanın Səsi: Bu gün dünyada ifadə azadlığını müdafiə edən Index On Censorship kampaniyası sizi ilin digital aktivizm və ya onlayn aktivizm üzrə 5 fəalından biri elan edib. Həbib bəy, bu kampaniya barədə izləyicilərimizə ətraflı məlumat verməyinizi istərdik.

Həbib Müntəzir: Bu kampaniya dünyada 400 onlayn aktivist, jurnalist, blogger və ictimai fəal şəxsləri özündə cəmləşdirir. Mən həmin 400-dən hazırda 20 namizədin sırasına daxil olmuşam. Platformanın məqsədi dünyada ifadə azadlığına dəstək verən, bu ifadə azadlığının inkişaf etdirilməsinə öz töhfəsini verən insanlara dəstək vermək və ümumilikdə ifadə azadlığının dünyada yayılması və dəstəklənməsidir. Biz də az-çox Azərbaycanımızdakı ifadə azadlığına öz töhfəmizi verən biri olaraq orada təmsil olunuruq. Azərbaycandan mənimlə bərabər 4 nəfər, yəni 3 dostumuz orada təmsil olunurdu: hazırda həbsxanada olan araşdırmaçı jurnalist Xədicə İsmayılova, bu gün dünyada karikatura sferasında məşhur rəssamlardan olan dostumuz Gündüz Ağayev və blogger Arzu Qeybullayeva. Təəssüflər olsun ki, onlar ilk 20-likdə təmsil oluna bilmədi. Mən isə hal-hazırda həmin namizədlərdən biriyəm. Ümid edirəm ki, finalda, səhv etmirəmsə, apreldə keçiriləcək tədbirdə sizlərin də, izləyicilərin də dəstəyi ilə və təbii ki, jurinin də seçimi ilə mən qalib gələrəm.

İfadə Azadlığı Mükafatı - Index on Censorship
İfadə Azadlığı Mükafatı - Index on Censorship

Amerikanın Səsi: Buraya necə müraciət etmişdiniz. Onlar özü sizi bu ada namizəd göstərmişdilər, yoxsa sizin təmsil olunduğunuz qurum tərəfindən sizin adınız irəli sürülmüşdü.

Həbib Müntəzir: Meydan TV komandası olaraq namizədliyim üzərində çalışmışıq. Sağ olsun, dostlarımızın köməyi sayəsində olub. Çünki qəbulda müəyyən şərtlər, formlar və s. var idi ki, onların köməkliyi ilə biz bu müraciəti tərtib etdik, göndərdik və ilk 20-liyə düşdük. Mən əslində düşünürəm ki, bu uğurdur. 400 nəfərdən 20 nəfərin arasına düşməyin özü də bir uğurdur. Buna nail olduq. Ümid edirəm ki, qalib olarıq.

Amerikanın Səsi: Mühacirətdə olsanız da Azərbaycanı yaxından izləyən bir insan kimi hazırda Azərbaycanda medianın durumunu, eləcə də sosial medianın Azərbaycan mediasına təsirlərini necə qiymətləndirirsiniz?

Həbib Müntəzir: Təəssüf ki, siz də bir media işçisi olaraq bilməmiş deyilsiniz, medianın durumu olduqca ağırdır. Amma sosial media bu gün Azərbaycanda həqiqi mənada çox fəal və aktualdır. Sosial medianın həm cəmiyyətə, həm də ənənəvi mediaya təsirləri çox genişdir. Əslində bu müsbət haldır ki, sosial media daha azaddır, müstəqildir, heç bir qurumdan, şirkətdən və ya fərddən asılı vəziyyətdə deyil. Təbii ki, bundan hakimiyyət də səmərəli şəkildə istifadə etməyə çalışır. Bilirsiniz ki, istər Facebookda, istərsə də Twitterdə maddi resursun hesabına paylaşımları daha önə çıxartmaq və onun daha geniş kütlələrə yayılmasına nail olmaq mümkündür. Bundan da istər hakimiyyət, istərsə də müxtəlif oliqarxlar onların əlində olan sosial media səhifələri vasitəsilə istifadə edir. Buna baxmayaraq, həqiqəti deyən, ölkədəki acı həqiqətləri obyektiv şəkildə göstərməyə çalışan səhifələr və media qurumları da var. Onlar da müəyyən mənada həmin səhifələrə ayaq uyğunlaşdırmağa çalışır. Hələ ki, pis getmir. Mən ümid edirəm ki, müstəqil, azad media orqanlarının bu artımı, yüksəlişi hakimiyyəti Facebook və digər sosial şəbəkələri yasaqlamağa sövq etməyəcək. Hər halda dünyada bu, böyük bir skandala çevrilə bilər. Amma hələ ki, biz obyektiv, ədalətli şəkildə ölkədə baş verən müsbət və ya mənfi olmasından asılı olmayaraq hadisələri düzgün şəkildə ictimaiyyətə, Azərbaycan cəmiyyətinə çatdırmağa çalışırıq. Müəyyən mənada buna nail oluruq. Çünki artıq Azərbaycanda Facebook istifadəçilərinin və ümumilikdə sosial şəbəkə istifadəçilərinin sayı 1 milyon yarıma yaxınlaşır. Bu sevindirici haldır.

İfadə Azadlığı Mükafatı - Index on Censorship
İfadə Azadlığı Mükafatı - Index on Censorship

XS
SM
MD
LG