Accessibility links

Hizbullah qrupu Səudiyyə Ərəbistanını Saad Həririni istefa verməyə məcbur etməkdə təqsirləndirib


Livanın Hizbullah qrupu Səudiyyə Ərəbistanını baş nazir Saad Həririni istefa verməyə məcbur etməkdə təqsirləndirib.

Həriri İran və onun maraqlarını Livan və region boyu ərazilərdə təmsil edən Hizbullahı tənqid etdikdən sonra şənbə günü istefa verdiyini elan edib.

Livanın Hizbullah hərəkatının rəhbəri Həsən Nəsrulla bazar günü deyib ki, ötən il Həriri hökumətinin tərkibində olan qrup onun istefasına çalışmayıb.

“Hizbullah istefa bəyanatının məzmununu müzakirə etməyəcək. Ona görə ki, biz bu mətni Səudiyyə Ərəbistanının mətni və bəyanatı hesab edirik. Ona görə də bu bəyanatın siyasi məzmununu müzakirə edərkən biz Səudiyyə Ərəbistanına ünvanlanacağıq” deyə Həsən Nəsrulla bildirib.

Həriri Səudiyyə Ərəbistanının liderləri ilə Riyadda məsləhətləşməsindən və ondan əvvəl İranın xarici məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayəti ilə Beyrutda görüşündən sonra istefa verib.

Həriri deyib ki, Livanda siyasi vəziyyət 2005-ci ilin fevralı, onun atası, baş nazir Rafiq Əl-Həririyə qarşı sui-qəst törədildiyindən bir ay əvvəlki dövrü xatırladır.

Həriri onun həyat yoldaşına qarşı sui-qəsdin planlaşdırıldığını hiss edib. Ərəb və Livan mətbuatı uzun zamandır Hizbullahı ata Həririni qətlə yetirməkdə təqsirləndirir.

Həriri İran və Hizbullahı ölkədə və regionda qarşıdurma yaratmaqda təqsirləndirib.

O həmçinin İranı Suriya, İraq, Bəhreyn və Yəmən daxil olmaqla ərəb dövlətlərinin daxili məsələlərinə qarışmaqda təqsirləndirib.

XS
SM
MD
LG