Accessibility links

HARAY-ın bu həftəki mövzusu İran Azərbaycanında iqtisadi durumdur


HARAY-ın bu həftəki mövzusu İran Azərbaycanında iqtisadi durumdur
HARAY-ın bu həftəki mövzusu İran Azərbaycanında iqtisadi durumdur

Edinburq və Bakı Dövlət Universitetlərinin professoru Qulamrza Səbri Təbrizinin sözlərinə görə, İranda Azərbaycanlıların yaşadıqları vilayətlər bir vaxtlar iqtisadi cəhətdən başqa vilayətlərə nisbətdə birinci yerdə olsa da indi çox geridədir.

Edinburq və Bakı Dövlət Universitetlərinin professoru Qulamrza Səbri Təbrizinin sözlərinə görə, İranda Azərbaycanlıların yaşadıqları vilayətlər bir vaxtlar iqtisadi cəhətdən başqa vilayətlərə nisbətdə birinci yerdə olsa da indi çox geridədir. Cənab Təbrizi ilə müsahibəni sizə təqdim edirik.

HARAY-ın bu həftəki mövzusu İran Azərbaycanında iqtisadi durumdur
HARAY-ın bu həftəki mövzusu İran Azərbaycanında iqtisadi durumdur

Sual: İran prezidenti Mahmud Əhmədinejad prezident seçkiləri qabağı Təbrizdə azərbaycanlılar qarşısında vədlər vermişdi. Mədəniyyətlə bağlı, dilnən bağlı. O vədlərini yerinə yetiribmi?

Cavab: Xeyr, heç birini yerinə yetirməyib, hətta bəzi şeyləri məhdudlaşdırıblar.

Sual: Müxtəlif vaxtlarda İran hakimiyyətləri vədlər verirlər, amma vədlərini yerinə yetirmirlər. Vəziyyətdən çıxışı nədə görürsünüz?

Cavab: İndi azərbaycanlılar ümumiyyətlə qərara gəliblər ki, öz ayaqlarıüstə dursunlar, öz gələcəklərinə, qərar versinlər. Bu qədər sərmayə sahibi, təbii sərvətlər sahibi olan bir məmləkətdə insanlar işsizdirlər. Orada hər şey bahadır. İsfahana, Şiraza pul yatırırlar, ancaq azərbaycanlılar yaşayan ərazilərə bunun onda birini yatırmırlar. İslam İnqilabından əvvəl Azərbaycan iqtisadi baxımdan İranda birinci yerdəydi. İndi 18-19 yerlərdədir. Regionu kasıblaşdırıblar. Həm insanların rifahı, həm sənaye baxımdan Azərbaycan kasıblaşıb. Artıq Azərbaycan öz gələcəyini təmin etməlidir. Şeyx Məmməd Xiyabanini öldürdülər, Pişəvərini ruslarla bağladılar. İran – İraq müharibəsində də intelektual və birinci klas pilotları biz verdik.

Sual: İrana qarşı Qərb dövlətləri yeni iqtisadi sanksiyaların tətbiqi barədə bəyanatlar verirlər. Yeni iqtisadi sanksiyaların İranda yaşayan azərbaycanlıların siyasi, iqtisadi, sosial vəziyyətinə təsirləri nələr ola bilər.

Cavab: Ən əsası insan hüquqlarıdır. 25-30 milyon insanın məktəbi yoxdur, ana dilində təhsil istəyənlər zindana salılıb, işgəncələrə məruz qalır. Bu ölkədə nə qalıb? İnsan haqlarından əsər-əlamət yoxdur. Din adı ilə bütün insanları əzirlər. İran Ermənistana yardım edir, etsin, ancaq digər tərəfdən də Azərbaycan Respublikasına və İran Azərbaycanına təzyiq göstərir. Bir növ bizim türklərlə düşmənçiliyi var. Bizim hərəkatımız kütləvi mahiyyət qazanıb. Bir dənə futbol komandası Traktora tərəfdaşlıq eləməyə minlərlə adam gedir. Onlar gedib “Ana dilində məktəb”, “Azadlıq istəyirik”, “Ölüm olsun diktatora” kimi şüarlar səsləndirirlər.

XS
SM
MD
LG