Accessibility links

HƏMAS ABŞ-ı Qəzzada atəşkəslə bağlı İsrailə təzyiq göstərməyə çağırır


HƏMAS cümə axşamı ABŞ-ı Qəzzada atəşkəs razılaşmasına nail olmaq üçün İsrailə "real təzyiq göstərməyə" çağırıb. Belə ki, baş nazir Benyamin Netanyahu heç bir razılaşmanın hazırlanmadığını deyib.

Netanyahu Qəzzada 6 girovun ölümündən sonra razılaşma imzalamaq üçün təzyiqlərlə üzləşdiyi bir vaxtda, iki tərəf bir-birini atəşkəs və girov mübadiləsi üzrə danışıqların dayandırılmasında günahlandırıb.

HƏMAS-ın Qətərdə fəaliyyət göstərən əsas müzakirəçisi Xəlil Əl-Həyya ABŞ-ı "Netanyahu və onun hökumətinə ciddi təzyiq göstərməyə” və İsrailə qarşı "kor-koranə qərəzli münasibətindən əl çəkməyə" çağırıb.

Lakin Netanyahu "Hazırlanan bir razılaşma yoxdur" deyib.

O, ABŞ mediasına "Təəssüf ki, bu, yaxın vaxtda olmayacaq. Lakin biz onları razılaşma nöqtəsinə çatdırmaq üçün əlimizdən gələni edəcəyik" deyib.

Netanyahu oktyabrın 7-də İsrailə hücumunun müharibəyə səbəb olduğu HƏMAS-a silah qaçaqmalçılığının qarşısını almaq üçün Misir-Qəzza sərhədi boyunca uzanan Filadelfi dəhlizinə nəzarəti saxlamalı olmaqda israrlıdır.

HƏMAS isə İsrailin bölgədən tamamilə çıxarılmasını tələb edir və cümə axşamı Netanyahunun bu mövqeyinin "razılaşmanın qarşısını almaq məqsədi daşıdığını" deyib.

Fələstinli militant qrup deyib ki, yeni razılığa ehtiyac yoxdur, çünki onlar aylar əvvəl Baydenin təklif etdiyi atəşkəsə razılaşıblar.

"Biz xalqımıza qarşı təcavüzü uzatmaq üçün danışıqlardan istifadə edən Netanyahunun tələsinə düşməmək barədə xəbərdarlıq edirik", HƏMAS-ın bəyanatında deyilib.

İsrailin rəsmi rəqəmlərinə görə, HƏMAS-ın oktyabrın 7-də həyata keçirdiyi hücumu əsirlikdə öldürülən bəzi girovlar da daxil olmaqla, 1205 nəfərin ölümü ilə nəticələnib.

Hücum zamanı fələstinli militantlar tərəfindən ələ keçirilən 251 girovdan 97-si hələ də Qəzzadadır. İsrail ordusunun verdiyi məlumata görə, onlardan 33-ü ölüb. Onlarla girov noyabr ayında əldə olunan bir həftəlik atəşkəs zamanı sərbəst buraxılıb.

HƏMAS-ın idarə etdiyi ərazidəki Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzaya cavab hücumu indiyədək azı 40,878 nəfərin ölümünə səbəb olub. BMT-nin insan haqları idarəsinin məlumatına görə, ölənlərin əksəriyyəti qadınlar və uşaqlardır.

Forum

XS
SM
MD
LG