Accessibility links

İslam Dövləti Facebook və Twitter-i təhdid edir


İslam Dövləti ilə əlaqəsi plan haker qrupu Facebook-un və Twitter-in təsisatçıları Mark Zukerberq və Cek Dorsini təhdid edib.

Mark Zukerberq
Mark Zukerberq

​“Xəlifətin oğulları“ “Dəstəkçilərin alovu“ adlandırdıqları 25 dəqiqəlik videoda bu iki texnologiya nəhəngini alov içərisində nümayiş etdirib.

Video İŞİD üzvlərinin hələ də Facebook və Twitter-də hesabları olduğunu göstərir. Baxmayaraq ki, onların bu şəbəkələrdən uzaqlaşdırılması üçün ölçülər götürülüb.

Videoda onlar 10 min Facebook hesabları 150 facebook qrupları və 5 min Twitter hesabları olduğunu iddia edib.

“Siz hər gun bizim hesablarımızı ləğv etdiyinizi bildirirsiniz. Bu, sizin görəcəyiniz tək işdirmi? Əgər bir hesab bağlansa, biz bunun əvəzinə 10-nu bağlayacağıq. Yaxın zamanda adınız silinəcək, saytlarınız bağlanacaq. Allahın köməkliyi ilə dediklərimizin həqiqət olduğuna şahid olacaqsınız”-deyə videoda bildirilir.

Cek Dorsi
Cek Dorsi

Facebook və Twitter mesajın pozulması üçün hələ ki, heç bir ölçü götürməyib.

320 istifadəçisi olan Twitter 2015-ci ildə İŞİD-lə əlaqəsi plan 125 hesabın bağlandığını bəyan edib.
Facebook San Bernadino hücumçusu Təşfin Malikin hesabını bağlayıb. Şirkət “terror aksiyası“ kimi yazıları qadağan edib.

Sosial media İslam Dövlətinin mesajlarını yaymaq və sıralarına insanları cəlb etmək üçün platformaya çevrilib

XS
SM
MD
LG