Accessibility links

Çak Heygel: İsraillə silah satışına dair razılıq İrana aydın siqnaldır



ABŞ Müdafiə naziri Çak Heygel bildirib ki, Birləşmiş Ştatlar və İsrail arasında silah satışına dair razılıq Tehranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün hərbi yolun bir variant olaraq qaldığını xatırlatmaq məqsədilə İrana siqnaldır.

Heygel bu açıqlamanı İsrailə regiona altı günlük səfər məqsədilə Tel-Əvivə uçarkən təyyarədə müxbirlərin suallarını cavablandırarkən verib. Müdafiə nazirinin səfərinin əsas məqsədi düşmənin raktelərdən müdafiə sistemini məhv etmək üçün hazırlanmış raketlər, habelə havada yanacaq doldurmaq üçün tankerlər və hərbi yük təyyarələri də daxil olmaqla ABŞ-ın ən müasir hərbi texnikasının satışına dair razılığın yekunlaşdırılmasından ibarətdir.

İsrail bu silahlardan İranın nüvə proqramını hədəf almaq üçün istifadə edə bilər. İsrail nüvə proqramının əsas məqsədinin yəhudi dövlətinin mövcudluğunu təhlükə altına almaqdan ibarət olduğunu bildiirr. İran nüvə proqramının dinc xarakter daşıdığına israr edir.

Müxbirlərdən birinin ABŞ və İsrail arasında silah satışında dair razılığın iki müttəfiq ölkənin İranın nüvə proqramını dayandırmaq üçün hərbi yola əl ata biləcəyinə işarı olub-olmadığı haqda sualı cavablandıran Heygel deyib ki, “bu, İran üçün daha bir tamamilə aydın siqnaldır”.

Müdafiə naziri bildirib ki, Birləşmiş Ştatlar və İsrail arasında İranın nüvə silahı əldə etməsinin qarşısını almaq kimi bir məsələdə heç bir fikir ayrılığı yoxdur. Lakin o, İran nüvə bombası hazırlamağa qərar verdiyi halda, hər hansı bir addımın atılacağı vaxt məsləsində müəyyən fikir ayrılıqlarının olduğunu etiraf edib.

Heygel ABŞ-ın İsrailin özünü müdafiə etmək və təhlükələrdən qorumaq kimi hüququ olduğu məsələsində mövqeyini bir daha ifadə edib. O həmçinin İranın nüvə proqramı ilə əlaqədar mübahisənin dinc yolla həlli məqsədilə diplomatiya və beynəlxalq sanksiyalar üçün hələ də vaxtın olduğunu deyib.


ABŞ Müdafiə nazirinin səfəri zamanı İsraillə silah satışına dair razılıqla yanaşı, İran və Suriya ətrafında danışıqlar diqqət mərkəzində olacaq.

Çak Heygel İsraildən sonra İordaniya, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. ABŞ-ın Yaxın Şərqdə əsas müttəfiqləri olan bu ölkələrdə Suriyada vəziyyətlə bağlı narahatlıq mövcuddur. Səudiyyə Ərəbistanı ABŞ-dan müasir raketlər, Birləşmiş Ərəb Əmirlikləri isə F-16 döyüş təyyarələri almaq niyyətindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG