Sumqayıtda hündür mərtəbəli binanın ərazisində ölüm hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, mayın 28-də Sumqayıt şəhəri 6-cı mikrorayonda inşa edilən 13 mərtəbəli binada fəhlə işləyən Biləsuvar rayon sakini Məhəmməd Qurbanov 1-ci mərtəbədə olarkən beton qırılaraq başına düşüb və o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.