Accessibility links

Hadi Qaraçay: Murtaza Muradpur ortaq məsələmizdir [Audio-Müsahibə]


Hadi Qaraçay
Hadi Qaraçay

Hadi Qaraçayın dediklərinə görə, ölkə xaricində fəaliyyət göstərən güney təşkilatları çox zaman ortaq məsələlər üçün bir araya gəlib birgə kampaniyalar təşkil edə bilmirlər. Norvecdə yaşayan türk fəal və şair Amerikanın Səsi ilə söhbətdə xaricdə yaşayan güneyli mədəni fəallar, hüquq müdafiəçiləri və siyasi təşkilatların insan haqları sahəsində fəaliyyətlərini şərh edib. O, xüsusilə bu qrupların siyasi məhbusların aclıq aksiyasında olması kimi durumlarda kampaniyalar təşkil etmək qabiliyyətini dəyərləndirib.

Hadi Qaraçay Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:42 0:00

Hadi Qaraçay Təbriz Mərkəzi Zindanında saxlanılan Murtaza Muradpurun 2 aylıq aclıq aksiyasına diqqət çəkərək deyir ki, diaspora təşkilatları ehtiyac olduğu zaman bir araya gələ bilmirlər.

İndi görünür ki Murtaza Muradpur artıq ölümü gözə alıb və ölümə gedir.
Hadi Qaraçay

“Xaricdə yaşayan cəmiyyətimizin fəaliyyətlərində kifayət dərəcədə bərabərlik yoxdur. Yəni, biz baxıb görürük, hər zaman ehtiyacımız olur ki kiminsə ya nəyinsə haqqında bir yerə yığışaq, birlikdə özümüzü, varlığımızı ya Milli Hərəkatımızı təmsil edək, bunu edə bilmirik. Bacara bilmirik. Keyfiyyətcə çox aşağı səviyyədəyik. Kəmiyyətcə çox azıq. Bunun üçün hərəkatımızın gerçəyini xaricdə göstərə bilmirik,” o söyləyir.

Hadi Qaraçay təşkilatlar arası əlaqələrin düzgün istiqamətdə olmadığını birgə kampaniyaların təşkilinə mane olan önəmli bir səbəb kimi dəyərləndirir.

O, deyir, “misal üçün bir təşkilatımız gəldi Murtaza Muradpur üçün bir tədbir keçirdi. Ondan iki gün sonra o biri təşkilat... Bunun mənası nədir? Təşkilatların bir-birləri ilə müəyyən fərqlikləri ola bilər. Əsasnamə ya ideologiya baxımından müəyyən ayrılıqlar ola bilər. Bu normaldır. Amma, belə məsələlər ortaq məsələmizdir. Sən çıxacaqsan Murtaza Muradpurun şəkilini götürəcəksən, mən də çıxıb onun şəkilini götürəcəyəm. Daha burada ayrı ayrı çıxmağa ehtiyac yoxdur ki.”

Keyfiyyətcə çox aşağı səviyyədəyik. Kəmiyyətcə çox azıq. Bunun üçün hərəkatımızın gerçəyini xaricdə göstərə bilmirik.
Hadi Qaraçay

Norveçdə mühacirətdə yaşayan fəal oktyabr ayının 25-də aclıq aksiyasına başlayan Murtaza Muradpurun ölümü gözə aldığını deyir.

“Muradpur aclıq aksiyası başladan birinci fəal deyil. Bundan öncə də fərqli şərtlərdə aclıq aksiyası olurdu, 5 gün, 15 gün, 1 ay... Sonra görürdün ki, yoldaşlarımız gəlib danışırdılar və aclıq aksiyasına bəzən hətta hədəfinə yetişmədən son verilirdi. Murtazanın da haqqında hələ sabit bir fikir yaranmamışdı ki bu gerçəkdən də gedir oraya... Amma, indi görünür ki bu artıq ölümü gözə alıb və ölümə gedir,” Qaraçay əlavə edir.

XS
SM
MD
LG