Accessibility links

Hərbi prokuror hərbi cinayətlərin dəfələrlə azaldığını deyir


Xanlar Vəliyev
Xanlar Vəliyev

Orduda baş verən, o cümlədən hərbi xidmət əleyhinə cinayətlərin sayı Hərbi Prokurorluğun səmərəli fəaliyyəti nəticəsində əhəmiyyətli dərəcədə azalıb.

Bu barədə aprelin 30-da hərbi prokuror Xanlar Vəliyev bildirib.

Xanlar Vəliyev deyib ki, 2018-ci ildə hərbi xidmət əleyhinə olan cinayətlər 1998-ci illə müqayisədə 7 dəfə azalıb.

“Hərbi xidmətdən yayınma cinayətləri 33, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 29, fərarilik cinayətləri 371, müharibə vaxtı və ya döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1000 dəfə azalıb,” o qeyd edib.

Vəliyev vurğulayıb ki, tabeçilik qaydaları əleyhinə olan, eləcə də hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri 2007-ci illə müqayisədə iki dəfə az qeydə alınıb.

Həmçinin tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 2013-cü illə müqayisədə 41,7 faiz azalıb.

Hərbu prokurorun deməsinə görə, 1998-ci il ilə müqayisədə hakimiyyətdən sui-istifadə etmə cinayətləri 36 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 51,4 faiz, qeyri-hərbi cinayətlər 10,2 faiz az olub.

Onun dediyinə görə, qəsdən adam öldürmə cinayətləri 5 dəfə, özünü öldürmə həddinə çatdırma cinayətləri isə 2 dəfə azalıb.

Bununla yanaşı, hüquq müdaqfiəçiləri dövlətə xəyanət və digər ağır ittihamlarla günahlandırılan hərbşilərin (şərti adı “Tərtər işi”) cinayət işi ilə bağlı istintaq zamanı insanların ağır işgəncələrə, qeyri-insanı rəftara məruz qaldığını, bir neçə hərbçinin istintaq dövründə işgəncə nəticəsində öldüyünü bildirib.

Rəsmi qurumlar bununla bağlı hələ şərh verməyib.

XS
SM
MD
LG