Accessibility links

Həbsxanada aclıq edən müxalifət fəalına təzyiq edildiyi bildirilir


Zamin Salayev
Zamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayevin 16 saylı Cəzaçəkmə Müəssisəsində sıxışdırıldığı və fiziki təzyiqlərə məruz qaldığı iddia edilir.

Onun oğlu Oqtay Salayev bildirib ki, sentyabrın 15-dən Zamin Salayev həm Tofiq Yaqublu ilə həmrəylik əlaməti olaraq, həm də öz hüquqlarının pozulmasına etiraz olaraq aclıq aksiyası keçirir.

Oqtay Salayev qeyd edib ki, qanuna görə məhkum cəzasını öz evinə yaxın həbs yerində çəkməlidir ki, ailə üzvlərinə onu ziyarət etmək rahat olsun.

“Biz Salyan rayonunda (Bakıdan 130 kilometr cənub) yaşayırıq və rayonumuzun ərazisində Xələc qəsəbəsində 5 saylı koloniya var. Ancaq nədənsə atamı Şüvəlandakı 3 saylı istintaq təcridxanasından Bakının digər qəsəbəsində, Ramanada yerləşən 16 saylı koloniyaya köçürüblər,” Oqtay Salayev deyib.

O iddia edir ki, Zamin Salayev koloniyaya köçürüldükdən sonra onu sıxışdırmağa başlayıblar.

“Belə ki, nəzarətçilər onu xırda bir səbəbdən incidirlər,” Oqtay Salayev deyib.

Oqtay Salayev qeyd edib ki, atasının aclıq aksiyası barədə Ombudsman Aparatına və Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinə məlumat verib.

Oqtay Salayev deyib ki, sentyabrın 17-dən atası ilə əlaqəsi yoxdur və ailə üzvləri narahatdır.

“Son dəfə atamla telefonla danışanda, o, aclıq aksiyasından və bununla bağlı təzyiqlərin artmasından söz açarkən əlaqə kəsildi,” o qeyd edib.

Oqtay Salayevin iddia etdikləri ilə bağlı Penitensiar Xidmətdən hələ şərh almaq mümkün olmayıb.

Zamin Salayev aprelin 20-də Salyan Rayon Məhkəməsi yerli polis zabitinin şikayəti əsasında onu “böhtan” və “təhqir” ittihamı ilə 2 il 3 ay müddətinə həbs edib.

İddiaya Zamin Salayevin sosial şəbəkələrdə yaydığı videogörüntü səbəb olub. Videogörüntüdə o, polislə söhbət edib, polisi 21 yaşlı yerli sakini onunla birgə yaşamağa sövq etməkdə ittiham edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG