Accessibility links

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin ölkədən çıxışına icazə verilib


Avqustun 20-də hüquq müdafiəçisi Oqtay Gülalıyevin ölkədən çıxışına icazə verilib.

Bu haqda hüquq müdafiəçisinin özü bildirib.

Oqtay Gülalıyevin sözlərinə görə, sərhəd buraxılış məntəqəsində onun Gürcüstana keçməsinə maneə yaratmayıblar.

“7 il idi Azərbaycandan çıxışıma “stop” qoyulmuşdu. Nəhayət, 7 ildən sonra ölkədən çıxışıma imkan verdilər”, - deyən hüquq müdafiəçisi hazırda Gürcüstanda olduğunu bildirib.

O, uzun zamandır ölkədən buraxılmamasını qanunsuz addım kimi dəyərləndirib: “Haqqımda illərdir ki, qondarma cinayət işi açmışdılar. Buna görə xeyli vaxt idi xarici pasport ala bilmirdim. Ölkədən çıxışıma qanunsuz qadağa qoyulmuşdu”.

Xatırlatma

Oqtay Gülalıyev “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatorudur.

O, 2012-ci ilin aprelində Sabirabad rayonunda daşqınlardan zərərçəkənlərə kompensasiyaların ədalətli bölünməsi tələbi ilə keçirilən etirazlardan sonra həbs edilmişdi.

Hüquq müdafiəçisinə qarşı 3 ilədək həbs cəzasını nəzərdə tutan iğtişaşlara təhrik ittihamı irəli sürülmüşdü. Ancaq bir neçə aydan sonra o, Sabirabad Rayon Məhkəməsinin qərarı ilə azad edilmişdi.

Oqtay Gülalıyev azadlığa buraxılsa da, haqqındakı cinayət işinin indiyədək bağlanmadığı bildirilirdi.

AzadlıqRadiosu

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Rusiya rəsmiləri Ukrayna ilə bağlı atəşkəs təklifini müzakirə edəcək
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:25 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Prezident Trampın Konqresin birgə iclasında məruzəsi. Ukraynada müharibəyə son qoymaq üçün diplomatik səylər.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:30:36 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG