Accessibility links

Hüquq müdafiəçisi 4 il həbsə məhkum edilib


Elçin Məmməd
Elçin Məmməd

Sumqayıt Şəhər Məhkəməsi “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” Qeyri Hökumət Təşkilatının rəhbəri Elçin Məmmədi 4 il müddətinə həbsə məhkum edib.

Məhkəmə hüquq müdqfiəçisini “oğurluq” və “qanunsuz silah saxlamaqda” təqsirli bilib.

Elçin Məmmədin ailəsindən bildiriblər ki, müdafiə tərəfi məhkəmənin hökmündən apellyasiya şikayəti verəcək.

Hüquq müdafiəçisi bu ilin martında oğurluq və qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilib. Onun barəsində hüquqi yardım göstərdiyi qadın şikayət edib. Həmin qadın əvvəllər digər jurnalist, criminal.az saytının redaktoru Anar Məmmədovdan da polisə şikayət edib.

Elçin Məmməd cinayət işini öz hüquq-müdafiə fəaliyyətilə əlaqələndirir. O hesab edir ki, uydurma ittihamla təqib olunması prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə və məhkəmə-hüquq islahatlarının aparılması ilə bağlı siyasətinə ziddir.

Bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları Elçin Məmmədin təqib edilməsini pisləyən bəynatlarla çıxış edib.

XS
SM
MD
LG