Accessibility links

Gürcüstanın hakim partiyası davam edən etirazlar fonunda genişmiqyaslı islahatlar keçiriləcəyini elan edib


Gürcüstan paytaxtında keçirilən nümayiş iştirakçıları islahatlar, erkən seçkilər və daxili işlər nazirinin istefasını tələb edərək, hökumətə təzyiqləri davam etdirəcəklərini deyir.

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən nümayişlərin beşinci günü, bazar ertəsi də əllərində milli bayraqlar olan etirazçılar şüarlar səsləndirib.

Gürcüstanın hakim “Gürcüstan Arzusu” partiyasının liderinin bazar ertəsi ölkədə genişmiqyaslı islahatlar keçiriləcəyini elan etməsinə baxmayaraq, onun dedikləri etirazçıları qane etməyib.

Gürcüstanda nümayişlər keçən həftənin cümə axşamı günü Rusiya qanunvericisinin Gürcüstan parlamentinə səfərinə etiraz olaraq başlayıb.

Parlament binasına hücum edən etirazçılara qarşı polis su şırnağından və rezin güllələrdən istifadə edib. Polislə qarşıdurma zamanı 240 nəfər yaralanıb, 300-dən çox adam həbs edilib.

Nümayişlərın parlament spikerti İrakli Kobaxidzenin istefasına gətirib çıxarmasına baxmayaraq, etirazçılar daha böyük islahatlar tələb edir.

XS
SM
MD
LG