Accessibility links

Gürcüstanda LGBT yürüşü təşkilatçılarına hücum edilib


Gürcüstanda LGBT yürüşü təşkilatçılarına zorakı hücum olub. Gürcüstandakı LGBT icması rəqib aktivistlərin hücumu, hökümət və kilsənin qarşı çıxamasından sonra planlaşdırılan Qürur yürüşünü ləğv edib.

Axşam saatlarında Qürür yürüşü əlehinə olan yüzlərlə etirazçı Tbilisi küçələrinə axışıb.

Azadlıq Radiosunun müxbiri də daxil olmaqla, tədbiri işlıqlandıran ən azı 15 jurnalist, müxtəlif yerlərdə izdihamın hücumuna məruz qalıb.

Videolarda LGBT əleyhinə qrupların Gürcüstan bayraqlarını dalğalandıraraq Tbilisi Pride Mərkəzi qərargahına hücum edərək LGBT bayraqlarını cırıb, ofisi dağıtdığı görünür.

Tbilisi Pride yürüşün ləğv edildiyini elan edərək hökuməti və kilsəni ölkədəki lezbiyen, gey, biseksual və transgenderlərə qarşı nifrət yaratmaq və hüquqlarını pozmaqda günahlandırıb.

İyulun 5-də günün əvvəlində Baş nazir İrakli Qaribaşvili qarşıdurma yaradacağını və "Gürcüstan cəmiyyətinin böyük bir hissəsi üçün qəbuledilməz olduğunu" iddia edərək Qürur yürüşünün keçirilməsinin yersiz olduğunu bildirib.

O, həmçinin yürüşün arxasında olan keçmiş prezident Mixail Saakaşvilinin Birləşmiş Milli Hərəkatının rəhbərlik etdiyi "radikal müxalifətin" dayandığını və "iğtişaş" yaratmağa çalışdıqlarını iddia edib.

Gürcüstan Pravoslav Kilsəsi də tərəfdarlarını Qürur yürüşünə qarşı toplanmağa çağırıb. Bəzi videolarda keşişlərin etrirazlara qatıldığı əks olunub.

Yürüş təşkilatçıları hökumət və kilsə tərəfindən dəstəklənən zorakı etirazlar səbəbindən küçəyə çıxa bilməsələr də, LGBT hüquqlarını müdafiə etməyə davam edəcəklərini bildirib.

"Tərəfdarlarımıza ləyaqət mübarizəsinin davam edəcəyini açıq şəkildə söyləmək istərdik, bu nifrət qruplarına, Patriarxlığa və hökumətin müqavimətinə baxmayaraq, dayanmayacağımız bir prosesdir" - deyə, təşkilat bildirib.

Zorakılığı pisləyən ABŞ və Aİ-nın Gürcüstandakı diplomatik nümayəndəlikləri, eləcə də digər 16 ölkənin səfirlikləri Gürcüstan hökumətini insanların dinc toplaşmaq hüquqlarını qorumağa çağıran ortaq bir bəyanat yayımlayıb.

Bəyənatda bildirilir ki, "bugünkü sivil fəallara, icma üzvlərinə və jurnalistlərə qarşı zorakı hücumları, habelə hökumət liderlərinin və din xadimlərinin bu şiddəti qınamamasını qınayırıq".

İnsan haqları qrupları da şiddəti qınayıb və hökuməti zorakı qrupları dəstəkləməkdə günahlandırıb.

"Kilsə tərəfindən dəstəklənən və baş nazir İrakli Qaribaşvili olduqca məsuliyyətsiz ifadəsi ilə cəsarətlənmiş ultra sağçı kütlələr Tbilisi Pride-ın qarşısını almaq üçün Tbilisi mərkəzində toplaşıb, jurnalistlərə hücum və təşkilatın ofisinə basqın edib" - deyə, Human Rights Watch-un Avropa və Orta Asiya üzrə direktor köməkçisi Qiorqi Qoqia Twitter-də yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG