Accessibility links

Güneydə türk fəalların şəhərlərarası səyahətinə əngəl törədilir


İran Azərbaycanının müxtəlif vilayətlərində “Sepah” və təhlükəsizlik qurumları tərəfindən türk fəalların şəhərlərarası səyahət etməsinə maneələr törədildiyi bildirilir.

Güneylə bağlı xəbərlər yayan internet portallarının məlumatına əsasən, son vaxtlar bir çox türk fəal digər şəhərlərə səyahət etdikləri zaman yolda, ya da getdikləri şəhərlərdə nəzarət altına alınıb. Onların bəziləri səhayətləri ilə əlaqədar izahat vermək üçün Ettelaata çağrılıblar.

Güney Azərbaycan Televiziyası və sosial mediada paylaşılan xəbərlərə görə, iyunun 7-də tanınmış fəallar İbrahim Savalan və Meysəm Azadi Xoy-Təbriz istiqamətində saxlanılıblar.

İbrahim Savalan baş verənləri öz Facebook səhifəsində açıqlayıb.

O, Xoy-Təbriz yolunun kəsişməsində İnqilab Keşikçiləri Korpusunun (Sepah) təhlükəsizlik qüvvəvəri tərəfindən saxlanıldıqlarını bildirib.

İbrahim Savalanın bildirdiyinə görə, məmurlar onların əllərini qandallayıb və bir neçə saat saxladıqdan sonra şəxsiyyət vəsiqələri və bəzi digər sənədlərini alaraq sərbəst buraxıb.

İki fəal şəxsiyyət vəsiqəsi və digər sənədlərini almaq üçün Urmiyənin təhlükəsizlik qurumuna müraciət etməlidirlər.

Bundan əvvəl də müxtəlif şəhərlərə səyahət edən türk fəalların saxlanılmasına dair xəbərlər yayımlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG