Gürcüstan prezidenti Mixail Saakaşvili casusluqda ittiham edilən dörd jurnalistin həbsi barədə qərarı dəstəkləyib. Cənab Saakaşvili bu gün foto-müxbirlərin ölkənin məxfi təsisatlarına daxil ola bildiklərini deyib.
Prezidentin şəxsi foto-müxbiri də daxil edilməklə, dünən dörd jurnalist həbs edilib. Onlar xarici dövlətə məxfi məlumatları sızdırmaqda ittiham edilirlər.
Tbilisi Rusiyanı tez-tez Gürcüstan ərazilərində casusluqda ittiham edir.
Gürcüstanın Daxili İşlər Nazirliyi həbs edilənlərin prezidentin şəxsi foto-müxbiri İrakli Gedenidze və onun həyat yoldaşı foto-müxbir Natiya, Avropanın Pressphoto agentliyinin müxbiri Zurab Kurtsikidze və Xarici İşlər Nazirliyinin foto-müxbiri Georgi Abdaladze olduğunu bildirib.
Axşam çağı fotoqrafların evlərinə reyd zamanı kompüterlər, mobil telefonları və başqa ləvazimatlar götürülb.