Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili noyabrın 17-də andiçmə günü Azərbaycanın baş naziri Artur Rəsizadə ilə görüşüb və müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə Gürcüstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Görüş zamanı tərəflər Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlıqdan danışıblar. Siyasət, iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə xüsusi diqqət yetirilib. Onlar həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin genişləndirliməsinə hazır olduqlarını bildiriblər”, -deyə prezidentin mətbuat xidmətinin məlumatında bildirilir.
Gürcüstanın dördüncü prezidentinin andiçmə mərasimi münasibətilə Tbilisiyə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan 53 nümayəndə heyəti gəlib, cəmi 200-ə yaxın xarici qonaq olub. Andiçmə mərasimi Tbilisidə parlamentin köhnə binasının daxili həyətində keçirilib.