Accessibility links

Gürcüstan yeni prezidentini seçdi, lakin ölkənin siyasi gələcəyilə bağlı suallar qalır


Gürcüstanda prezident seçkisində iqtidar partiyasının namizədi səslərin 62 faizini alaraq qələbə çaldı, lakin ölkənin siyasi gələcəyi ilə bağlı suallar hələ də qalır.

Georgi Marqvelaşvili Gürcüstanda prezident seçkisində səslərin 62 faizi ilə qələbə çaldı, müxalifətin namizədi isə səslərin 23 faizini aldı.

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini qazanan Gürcüstan siyasi qeyri-sabitlik dövründən keçib. Müşahidəçilər bazar günü prezident seçkisinin azad və ədalətli keçməsinə yüksək qiymət verib. Lakin eksperlərin bir hissəsi ölkəni gələcəkdə siyasi çətinliklərin gözləyə biləcəyini bildirir.

Müsbət cəhət kimi Gürcüstanda prezident və baş nazir eyni koalisiyaya mənsubdur. Keçən il ölkənin siyasi liderləri bir-birinə müxalif düşərgələri təmsil edirdi. Bazar günü seçkisindən sonra post-sovet dövrünün ən xarizmatik və eyni zamanda mübahisəli liderlərindən biri olan Mixail Saakaşvilinin on illik hakimiyyəti başa çatır.
Mənfi cəhət kimi isə Gürcüstanın iki ən güclü siyasi liderinin növbəti günlər hökuməti tərk edəcəyini göstərmək olar.

Tbilisi küçələrində insanlar “Cənab Saakaşvili həbs ediləcəkmi?” sualını verir.
Noyabrın 17-də prezidentin inaqurasiyasından sonra cənab Saakaşvili prezident immunitetini itirəcək. Onun kabinetinin onlarla üzvü ya ittihamlarla qarşılaşıb, ya da təhqiqata cəlb olunub.

Baş nazir Bidzina İvanişvili müxbirlərə cənab Saakaşvilinin sorğu-suala çəkiləcəyini deyib. Məhkəmə beş il budan əvvəl cənab Saakaşvilinin hakimiyyəti dövrü Rusiya ilə müharibə ilə bağlı suallar qaldıra bilər.

Tbilisidə “İstiqlaliyyət Zonası” araşdırma mərkəzinin başçısı Gela Vasadze cənab Saakaşvilinin Birləşmiş Ştatların iş təklifini rədd edib Gürcüstanda qalıb mübarizə aparacağını deyir. O, cənab Saakaşvilinin siyasi cəhətdən fəal qalacağını və Gürcüstanın əsas müxalifət partiyasına başçılıq edəcəyini qabaqcadan söyləyir.

Gürcüstan siyasətində daha bir güclü fiqur olan Baş nazir İvanişvili ilə bağlı da suallar qalmaqdadır.

İvanişvili çərşənbə günü yeni baş nazirin adını açıqlayacağını və noyabr ayında vəzifəsindən gedəcəyini bildirib.

Gürcüstanın ən zəngin adamının yerini kim tutacaq?

Konstitusiyaya edilmiş yeni dəyişiklilərə görə, Gürcüstanın prezidenti əvəlkində daha az rola malik olacaq. Baş nazir İvanişvili Gürcüstanın yeni baş nazirini seçəcəyini aydın bildrib. O eyni zamanda, 2015-ci ilə qədər siyasi vədlər verərək, səhnə arxasında rol oynacağına işarə edir. Təhlilçilər Bidzina İvanişvilinin maliyyə mənbələri və siyasi nüfuzunu nəzərə alaraq, onun gələn bir neçə il ərzində hökumətə təsir göstərəcəyini bildirir.

Gürcüstanın siyasi arenasında iki ən nüfuzlu fiqur hökumətdə təmsil olmasa da, ölkənin siyasi həyatında böyük rol oynamağa davam edəcək.
XS
SM
MD
LG